Arxiv
15 Avqust 2020, 15:58 | AKTUAL
Barələrində cinayət işi başlanılan COVID-19 xəstələrinin sayı açıqlandı

“Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai yerlərə çıxaraq digər şəxslərin həyatına ciddi təhlükə yaradan 16 şəxs barəsində cinayət işi başlanılıb".

 

Modern.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

 

Onun sözlərinə görə, karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunun hərbi qulluqçuları tərəfindən yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb: “Onların bir hissəsinə xəbərdarlıq edilib, bəziləri xəstəxanaya təhvil verilib, 16 fakt üzrə ərazi üzrə polis orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb”.

 

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. 

 

Bu əmələ yol verən şəxslər Cinayət Məcəlləsində 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər.

 

Maddənin 1-ci bəndinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddənin 2-ci bəndində isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı məsuliyyət müəyyən edilib. 

 

Bu əmələ görə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24