Modern.az

Tanınmış müğənni bu gün ərə gedir - FOTOLAR

Tanınmış müğənni bu gün ərə gedir - FOTOLAR

11 İyun 2012, 15:14

Bu gün tanınmış müğənni Xatirə İslamın toyudur. Mayın 11-də təşkil olunan nişan mərasimini çox fərqli keçirən müğənni toyunun da maraqlı olacağını deyib. Toyun tanınmış teleaparıcı Nərgiz Cəlilova və Xatirənin yaxın dostu müğənni Rüfət Axundov idarə edəcək. Toya Azərbaycan şou-biznesinin  bir çox nümayəndələri dəvət olunub. Müğənni nişan mərasimində olduğu kimi bu dəfə də toyuna heç bir KİV nümayəndəsini buraxmayacaq.
Qeyd edək ki, tanınmış estrada müğənnisi Xatirə İslamın gələcək həyat yoldaşı Fəxrəddin bəy milli ordunun sıralarında qulluq edən zabitdir. Müğənni sevdiyi adamın onun sənətinə hörmətlə yanaşdığını, bundan sonra sənətini davam etdirməsinə icazə verdiyini söyləyib.


Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir