Modern.az

İranda daha 112 nəfər koronavirusdan öldü

İranda daha 112 nəfər koronavirusdan öldü

Dünya

21 Avqust 2020, 15:28

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 112 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 20 376 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 206 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 354 764 nəfərə çatıb. Ölkədə indiyədək xəstəlikdən 305 866 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 794 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı