Arxiv
22 Avqust 2020, 15:01 | MÜSAHİBƏ
Spikerin müavini: “Ramiz Mehdiyevin bu addımı təəssüf doğurur” - MÜSAHİBƏ

“Dünya bu gün pandemiya ilə mübarizə aparır. Müqayisə etsək, Azərbaycan digər dövlətlərdən daha dəqiq, səmərəli, qətiyyətli mübarizə yolunu seçdi. Nəticədə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın mübarizə üsullarını bəyəndi və təbliğ etdi”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclis sədrinin müavini  Fəzail İbrahimli deyib. O qeyd edib ki, dövlətin ən böyük funksiyalarından biri xalqı qorumaq idi, bunun da öhdəsindən gələ bildi:

- Dövlət başçısı bu fuksiyalardan irəli gələn vəzifələrin icra edilməsini yüksək səviyyədə həll etdi. Ölkə başçısı bu məsələyə laqeyd qalmadı, xalq və özü arasında heç bir fərq qoymadı. Vitse-prezident Mehriban Əliyeva xalqa müraciət etdi. Bu bir bəla idi və bəşəriyyət üçün təhlükə törətdi. Mart ayından indiyə qədər nə qədər itkilərimiz var, hansı proseslərin getməsi, səksəkəli həyat tərzi hər kəsin gözlərinin qarşısında oldu. Bu elə bir problem idi ki, nə vəzifəyə, nə maddi duruma, nə də yaşa baxdı.

Karantin elə bir prosesdir ki, hər kəs üçün eyni qadağalar, eyni şərtlər tətbiq edilir. Bu, dövlət başçısının nəzarətində olan, Operativ Qərargah tərəfindən ortaya qoyulan şərtlərdir. Ən ağrılı vəziyyətdə belə Azərbaycan xalqı buna dözdü. Kütləvi tədbirlərin qadağan olunması da karantin rejiminin bir parçası olaraq, gündəmdə idi və tətbiq edildi.

 

- Kütləvi tədbirlərin keçirilməsinə laqeyd münasibət göstərənlər oldu. Hətta vəzifəli şəxslərdən də buna riayət etməyənlər var idi. Elə akademik Ramiz Mehdiyevin də nəvəsinə toy etməsi tənqid olunur...

- Bu hadisə haqqında xəbər alanda açığı əvvəlcə inanmadım. Uzun müddət dövlətdə yüksək vəzifə daşımış, qanunlara riayət olunmamasına həmişə sərt mövqedən yanaşan Ramiz Mehdiyevin qadağan edilən bir vaxtda nəvəsinə toy etməsi inandırıcı gəlmədi. Güman etdim ki, bu hansısa jurnalistin təxəyyülü və vaxtilə həyan olmadığı, qanun daxilində güzəşt etmədiyi kiminsə onu cəmiyyətin gözündən salmaq üçün ortaya atdığı böhtandır. Amma reallığa söykənən məqamları gördükdən sonra hər şey aydın oldu. Amma bu adi bir insanın atdığı addım, adi şəxsin laqeydliyi deyil. Elmlər Akademiyasının prezidentinin Operativ Qərargahın qanunlarına riayət etməməsi rezonans doğurmalı idi.

Ramiz Mehdiyev uzun müddət Prezident Administrasiyasının rəhbəri olub. O həm də dövlət qanunlarının pozulmasına qarşı verilən göstərişlərin arxasında həmişə dayanıb. Onun belə bir addımı təəssüf doğurur. Biz sadə insanlara nümunə olacaq addımlar atmalıyıq. Bu addımın özü kütləvi informasiya vasitələrində ərköyün addım kimi qiymətləndirildi. Hadisəyə qanun çərçivəsində reaksiya verilməlidir ki, başqalarına dərs olsun, təkrar edilməsin.

 

- Bu gün toy sahiblərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı addım atıldı. Amma açıq deməliyik ki, bəlkə də bu hadisə sosial şəbəkələrdə, mətbuatda işıqlandırılmasaydı, belə böyük rezonansa səbəb olmayacaqdı və hüquqi addımlar atılmayacaqdı Bu məqamda ictimai rəyin rolunu necə qiymətləndirirsiniz?

- Əslində bir çox məqamlarda belədir. Jurnalistlərin bu məsələnin üzərinə ciddi düşməsi xəbər tutulmasına rəvac verməlidir. Artıq media öz vəzifəsini yerinə yetirdi, jurnalistlər ictimaiyyətə bununla bağlı məlumat verdi və qalan məsələlər onların səlahiyyətində deyil. Təbii ki, bəzi məsələrin üstü örtülü qalırsa, heç kim bundan xəbər tutmursa, ən ağır cinayətlər belə qapana bilir. Lakin cəmiyyətin mövqe bildirdiyi, ictimai rəyin, ictimai mövqeyin ortaya qoyulduğu bir məsələdə qanun daxilində də addım atılır.

Güman edirəm ki, bu Azərbaycanda xoşagəlməz hesab edilən sonuncu belə hadisə olacaq. Amma cəmiyyət bu cür addımlara qarşı həmişə ayıq və səbirli olmalıdır.

 

- Toyların qadağan olunduğu bir zamanda ailə qurmaq istəyən gənclərə də yəqin ki, məsləhətiniz var?

- Biz hələ bilmirik ki, Operativ Qərargah toyların bərpasına icazə verəcəkmi... Təbii ki, hətta 2-3 il nişanlı olanlar var, insanlar tələsir, darıxır. Amma hesab edirəm ki, gənclərin özü də düşünməlidirlər ki, toydan sonrakı sağlamlıq həyat qurmaları qədər vacibdir. Xəstəlik problemi yarananda toy tamam fərqli bir istiqamətə nəticələnir. Ona görə, qərarlar da, addımlar da sağlam olmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00