Modern.az

Dünyanın ən zəngin adamının sərvəti 200 milyard dolları KEÇDİ

Dünyanın ən zəngin adamının sərvəti 200 milyard dolları KEÇDİ

26 Avqust 2020, 13:51

Dünyanın ən zəngin adamı sayılan “Amazon” şirkətinin prezidenti Ceff Bezos yeni rekorda imza atıb.

 

Modern.az “Forbes” jurnalına istinadən xəbər verir ki, iş adamının sərvəti 200 milyard dolları keçib.

Fond birjası bağlanana yaxın onun sərvəti 199,7 milyard dolla qədər azalıb.

Ceff Bezos bu göstəriciyə “Amazon” aksiyalarının bahalaşması nəticəsində nail olub. Avqustun 25-nə olan məlumata əsasən, kompaniyanın aksiyası 1,18 faiz bahalaşaraq 3346,49 dollara, kapitallaşması isə 1,68 trilyon dollara çatıb. “Amazon” aksiyalarının 11,1 faizi Ceff Bezosa məxsusdur və o, 2017-ci ildən “Forbes” jurnalının dünyanın ən varlı insanları reytinqinə başçılıq edir.

Qeyd edək ki, dünyanın ən iri online-reiteylerlərindən biri olan “Amazon” kompaniyası ABŞ-la yanaşı Çin, Braziliya, Yaponiya, həmçinin Avropa ölkələrində fəaliyyət göstərir. “Amazon.com” internet mağazası 1995-ci ilin iyul ayından fəaliyyətə başlayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir