Arxiv
31 Avqust 2020, 08:43 | REPORTAJ
Yaddan çıxmış sənətkarlar: “Bəs Əlişə atam deyirdin?” - Məşhur rolun usta aktyoru - VİDEO

“Bəs qızına elçi göndərəndə Əlişə atam deyirdin?” - Yaltaqlar haqqında kinayə ilə deyilən bu ifadəni yeri gələndə indi də işlədirik, yəqin ki sabah da istifadə edəcəyik… Nə qədər ki  cəmiyyətimizdə yaltaqlıq duyğusu hakimdir, Əlişə “atam” deyənlər də olacaq… Öz marağını güdərək dünən Əlişə “atam” deyənlər, sabah yeri gələrsə Əlişi didib-parçalaya də bilərlər… Nəysə, mətləbdən uzaqlaşmayaq... 

Bəs kimdi Əliş, bu məşhur ironiyalı sitat haradan götürülüb?..

Sualın cavabını bəziləri bilir, bilməyənlərin isə diqqətinə çatdıraq ki, “Bəs qızına elçi göndərəndə Əlişə atam deyirdin?” kinayəli ifadə ilk dəfə 1964-cü ildə ekranlaşdırılmış “Ulduz” filmində səsləndirilib.

Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə həmin o Əlişdən, daha doğrusu “Ulduz” filmində Əliş kişi rolunu ifa etmiş aktyordan bəhs edirik.

Söhbət Əməkdar artist Əzizağa Qasımovdan gedir…


Əzizağa Qasım 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub. 1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinifinə gedib. Yeddici sinifi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləməyə məcbur olub, həmçinin 4 saylı sənət məktəbində oxuyub.

Əzizağa Qasımov 1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun (indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlanıb. Və Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub, oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik Milli Teatrın yardımçı heyətində çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950-1953).


Yəqin ki, çoxları bilmir ki, “Bəxtiyar” filmində “Dörd dost-dörd ürək” mahnısının ifaçılarından biri Əzizağa Qasımov olub.

Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov texnikumu bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya bəzi gənc vokalçıları da dəvət edib. O zaman ikinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist kimi dəvət olunub və ömrünün sonuna kimi bu kollektivlə çalışıb.
Teatrda çalışdığı üçün Konservatoriyadakı təhsilini də yarımcıq qoyub. Ə.Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə də rəhbərlik edib.


Əzizağa Qasımovun səs tembri bariton idi, cingiltili və gur ahəngi ilə seçilirdi. Nəfəsi geniş, ləhcəsi aydın və ifadəli dinlənilirdi. O uzun illər Musiqili Komediya Teatrında həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik rollar ifa edib. Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

“Azərbaycanfilm”in istehsalı olan "Ulduz" filmində Əliş kişi, "Musiqi müəllimi" filmində coğrafiya müəllimi bu rollar sırasınaa daxildir.

Əzizağa Qasımovun rol aldığı ən məşhur televiziya tamaşalarından biri “Adı sənin, dadı mənim”dir. Bu tammetrajlı televiziya tamaşasında o Həmzə rolunu böyük məharətlə ifa edib.


Maraqlı yaradıcılıq bioqrafiyası yaratmış Əzizağa Qasımov özünəməxsus səs tembrinə malik idi. Bir sıra filmlərdə ayrı-ayrı rolların səsləndirilməsində - dublyajda iştirak edib.

Məsələn, “Uşaqlığın son gecəsi”ndə ət oğurluğuna gedən “Zil” sürücüsü, “Tütək səsi”ndə Zahid kişi, “Qanun naminə”də banda başçısı, “Nəsimi”də Qara əmi, “Qaraca qız”da Səlim bəy, “Uzaq sahillərdə” partizanlardan biri məhz Əzizağa Qasımovun səsi ilə danışıblar.

Bəzən biz filmlərin qəhrəmanlarını təkcə viziual görünüşünə görə deyil, səslərinə görə də xatırlayırıq. Milli kinomuz bu baxımdan yaddaqalan səslərdən xali deyil. Bax, Əzizağa Qasımovun səsi həmin səslərdəndir... O səs bu gün də yaddaşlardan silinməyib...


Ə.Qasımov səhnə fəaliyyətinə görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.

Ötən əsrdən bizə yadigar qalan filmlərə və televiziya tamaşalarına baxanda əvəzolumaz aktyorun xoş siması və peşəkarlığı istər-istəməz diqqəti cəlb edir. Əzizağa Qasımov özünün səhnə bacarığı, xüsusilə də bənzərsiz səsi ilə tamaşaçını ovsunlamağı bacaran sənətkarlardan olub. Bir çox tamaşalarda o, həm ciddi, həm də komik obrazları məharətlə canlandırıb.

Sənət dostlarının Əzizağa Qasımovla bağlı xatirələrində o, ünsiyyətcil, mülayim xasiyyətli, söz-söhbətdən uzaq, xeyirxah, gənclərə yol göstərən, bilik və bacarıqlarını onlardan əsirgəməyən insan kimi xarakterizə olunur.

Məhz bariton səs tembrinə görə onu Opera və Balet Teatrına işə dəvət ediblər, amma Əzizağa Qaslmov çalışdığı Musiqili Komediya Teatrını tərk etməyi düşünməyib, bu sənət ocağına ömrünün sonunadək sadiq qalıb.

Ə.Qasımovun ən məşhur rollarından biri “Ulduz” filmindəki Əliş kişi obrazıdır. O, bu rolu məharətlə ifa edərək, Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz buraxıb.

Aktyor iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı yanaraq faciəvi şəkildə dünyasını dəyişib.

Teatr və kino sənətimizin unudulmaz simalarından olmuş Ə.Qasımov 18 fevral 1985-ci ildə 57 yaşında Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda dəfn olunub.

Yazını “Ulduz” filmindən Əliş kişi haqqındakı o məşhur dilaqola yekunlaşdırır və ekran əsərindən iki maraqlı videoparça təqdim edirik.   


“Kolxiz sədri Qədirlə Bayram kişinin arasındakı məşhur dialoq:

Qədir:

- Aktivi yığ, onu da çağır. Nədir o, eee... qoca atası da var, eee!

Bayram:

- Əliş kişini deyirsən?

Qədir:

- Əliş?! Əliş kimdir?

Bayram:

- Bəs qızına elçi göndərəndə Əlişə atam deyirdin?
- Məni cin atına mindirmə Bayram kişi!”.


A.Qorxmaz

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı - VİDEO 3 mart 2021, 01:00 Göyçayda ağır yol qəzası - 5 nəfər xəsarət aldı - FOTO 3 mart 2021, 00:49 Papa İraqa gedir 3 mart 2021, 00:38 Bakıda küçəyə atılmış uşaq tapıldı 3 mart 2021, 00:25 Azərbaycanda ən çox bu smartfonlar işlədilir 3 mart 2021, 00:11 “Türkiyə və Fransa terrorla mübarizədə birgə addımlar ata bilər” - Ərdoğan 2 mart 2021, 23:57 İtaliya Parlamenti Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsini tələb etdi 2 mart 2021, 23:43 Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlandı 2 mart 2021, 23:30 Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO 2 mart 2021, 23:16 Aqrar Kredit və İnkişaf Agentliyinə daha bir xidməti maşın verildi 2 mart 2021, 23:07 “Barselona”nın keçmiş prezidenti sərbəst buraxıldı 2 mart 2021, 22:52 İlham Əliyev ailəsi ilə tonqal başında - FOTO 2 mart 2021, 22:38 Türkiyədə gündəlik yoluxma sayı artır 2 mart 2021, 22:24 Ronaldodan dəhşətli statistika 2 mart 2021, 22:10 Ermənilər Qarabağa qayıtmaq istəmirlər - ARAŞDIRMA 2 mart 2021, 21:57 Göyçayda ata və oğul yol qəzasında xəsarət aldı - FOTO 2 mart 2021, 21:44 Bakıda yaşayış binasında yanğın 2 mart 2021, 21:30 Sumqayıtda mənzildə partlayış oldu 2 mart 2021, 21:21 Boliviyada avtobus dərəyə aşdı - çox sayda ölən var - FOTO 2 mart 2021, 21:10 Azərbaycanın peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik 2 mart 2021, 20:58 Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərində tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45