Arxiv
31 Avqust 2020, 09:18 | QARABAĞ
Dağlıq Qarabağın azərbaycanlı icması Qubadlının işğalı ilə bağlı BƏYANAT yaydı

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

 

Unikal.org xəbər verir ki, bəyanatda deyilir:

 

“1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 nəfər Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100 nəfərdən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib. Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix- diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

 

Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf 7 rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

 

Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev: “Biz zəfər çalacağıq!” 27 Sentyabr 2020, 12:08 Azərbaycandan beynəlxalq təşkilatlara, ABŞ, Rusiya, Fransa rəhbərlərinə MÜRACİƏT 27 Sentyabr 2020, 12:03 Separatçılar "qoca könüllüləri" döyüşə çağırır - Sosial mediada 27 Sentyabr 2020, 11:58 Moskva Qarabağda atəşi dayandırmağa ÇAĞIRDI 27 Sentyabr 2020, 11:54 David Tonoyan ölkədən qaçıb?  27 Sentyabr 2020, 11:36 Azərbaycan Prezidentinin xalqa müraciəti  27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24 Partlayışda 7 nəfər həyatını itirdi 27 Sentyabr 2020, 00:02 Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var 26 Sentyabr 2020, 23:46