Modern.az

AzTV-nin əməkdaşına vəzifə verildi

AzTV-nin əməkdaşına vəzifə verildi

Media

4 Sentyabr 2020, 16:12

AzTV-nin Aran regionu bürosunun əməkdaşı Samir Quliyevə yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, o “Azərişıq” ASC-nin  mətbuat xidmətinin yeni yaradılan  regional ofisinin rəhbəri təyin olub.

 

Xatırladaq ki, Samir Quliyev BDU-nun jurnalistika fakültəsini bitirib. Uzun illər müxtəlif mətbaut orqanlarında, eləcə də 2003-cü ildən AzTV-nin Mingəçevir, Yevlax, Göyçay, Zərab, Ucar, Ağdaş üzrə xüsusi müxbiri olub. "Qızıl Qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Mənalı ömürlər", "Ömürdən izlər", "Sevgi qəbri",  "Yağış məni ağlayır",  "Kədərinə vəfalı" adlı bədii və publisistik kitabların müəllifidir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...