“AzerGold” QSC sədrinin “Yüksəliş” müsabiqəsində təqdimatı - FOTO

“AzerGold” QSC sədrinin “Yüksəliş” müsabiqəsində təqdimatı - FOTO

8 Sentyabr 2020, 21:13

Bu gün  “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən “İdarəçilərin kadrlardan tələb etdiyi əsas xüsusiyyətlər” mövzusunda vebinar keçirilib.

 

Modern.az xəbər verir ki, vebinarı müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov təqdim edib.

Zakir İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəetmə sisteminin yeni mərhələyə qədəm qoyması,  ənənəvi üsullardan  fərqli bir mexanizm əsasında həyata keçirilən proseslərin ölkədə kadr potensialının da dəstəklənməsi istiqamətində böyük əhəmiyyətindən danışıb. 

O bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkəmizdə yeni nəsil idarəçilik metodları, potensial kadrların aşkara çıxarılmasında uğurlu ənənə yaratmaq imkanı verir.   

“AzerGold” QSC-nin sədri vebinar iştirakçıları ilə idarəçiliklə bağlı təcrübələrini bölüşüb: “Əlbəttə ki, birinci növbədə təcrübəli idarəçi üstün bacarığı olan kadrları tapmalı, onlarla əməkdaşlığı düzgün qura bilməlidir. Yenilikçi və potensialı olan mütəxəssislərin işə cəlb edilməsi xüsusi diqqətdə saxlanılmalıdır. Hesab edirəm ki,  işçidə peşəkarlıqla yanaşı, insani keyfiyyətlər, dürüstlük də vacib amildir. Əməkdaş həm də özünü komfort zonada hiss etməməli, işə uyğunlaşmağı bacarmalıdır. Çalışqanlıq, özünüinkişaf daimi olmalıdır. Dəyişikliklərin düzgün idarə edilməsi də peşəkar idarəçi üçün vacib keyfiyyətlərdəndir. Layihələrin idarə edilməsi, icrasına nəzarət, sistemli yanaşma, strateji düşüncə bacarığı təbii ki, idarəçi üçün əsas kompetensiyalardan sayılır. Uğurlu idarəçi nəticələrə köklənməli, hədəfi aydın hesablaya bilməlidir. Bu xüsusiyyətlər hamısı ümumlikdə komanda işinin təşkilinin də düzgün formalaşdırmasına xidmət edir”.

 

Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.


Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini də nəzərdə tutur.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu