Arxiv
16 Sentyabr 2020, 11:58 | AKTUAL
Qonşu qadını öldürüb yandıran şəxs həbs edilib

Baş Prokurorluq tərəfindən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə kompleks plan tərtib edilərək ona uyğun istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, o cümlədən cinayətlərin açılması üçün zəruri tədbirlər görülüb, qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması təmin edilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, aparılmış tədbirlər nəticəsində Kürdəmir şəhəri sakini, 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 29.11.2018-ci il tarixdə yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin edilib:

“Peşəkar prokurorluq, polis və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə 1979-cu il təvəllüdlü Nuriyev Zahid Məhəddin oğlunun 28 noyabr 2018-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə gecə saatlarında hasardan qonşuluqda yerləşən Bəyim Rəhimovanın yaşadığı evin həyətinə keçərək, oradan da mənzilə daxil olub sonuncunun evdə tək olmaqla və gecə saatları olduğu üçün ətrafda heç kimin olmamasından istifadə etməklə tamah motivi ilə istintaqa məlum olmayan alətlə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq (meyit sonradan tam yandırıldığı üçün bunu müəyyən etmək mümkün olmayıb) qəsdən öldürdüyü müəyyən olunub. Daha sonra ona məxsus mobil telefonu və bir cüt 915 əyyarlı gümüş sırğanı götürüb, törətmiş olduğu cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanın meyitini yataq otağında çarpayının üzərinə uzadıb özü ilə gətirdiyi tez alışan neft məhsulunu meyitin üzərinə tökərək yandırmasına əsaslı şübhələr müəyyən edilib.

 

İstintaq zamanı Zahid Nuriyevin mağazada satdığı mərhumun mobil telefonu, o cümlədən anasının yataq otağında gizlətdiyi mərhuma məxsus 1 cüt sırğa aşkar edilərək götürülmüş, həmçinin iş üzrə təyin olunmuş məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyi ilə Zahid Nuriyevin paltarları üzərində tezalışan neft məhsulları izlərinin olması müəyyən olunub.

 

Cinayət işi üzrə kompleks məhkəmə-fiziki kimyəvi, tibbi kriminalistik, daktiloskopik, tibbi bioloji, əmtəəşünaslıq, kompüter-texniki və digər zəruri ekspertizalar təyin olunmuş, o cümlədən müvafiq əməliyyat tapşırıqlarının həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib”.

 

Rəsmi məlumata görə, əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və zorlama cinayət əməllərində təqsirli bilinməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Zahid Nuriyev avqustun 19-da iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48 Azərbaycanda 21 meşəbəyi işdən çıxarılıb 18 Sentyabr 2020, 16:42 “Yüksəliş” müsabiqəsi vebinar təşkil edib  18 Sentyabr 2020, 16:37 Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib 18 Sentyabr 2020, 16:32