Arxiv
17 Sentyabr 2020, 09:42 | AKTUAL
NATO-nun komitə iclasında Ermənistanın regiona yaratdığı təhlükədən danışılıb

Sentyabrın 16-da NATO Parlament Assambleyasının (PA) İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirilib.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, iclasda parlamentin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edib.

 

Tədbirə NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatılıblar.

 

Gündəliyə “Körfəz böhranı və qlobal enerji bazarları”, “Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər” barədə hesabat layihələri və təşkilati məsələlər daxil edilmişdi.

 

Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər, qeyd və təkliflərini veriblər.

 

İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz müsbət töhfələrini verməkdə davam edir:

 

“Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi. Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi.

 

Bütün dünyanın covid-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması daha da üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır.

 

Mən buradan NATO PA-ya səslənərək belə addımların qarşısının alınması üçün ciddi addımların atılmasını təklif edirəm. Bu, Qara Dəniz regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir.

 

Verilmiş imkanlardan istifadə edərək, qardaş Türkiyədən olan həmkarlarımı Qara Dənizin dibində aşkar etdikləri zəngin qaz ehtiyatlarına görə təbrik edirəm. Ümidvarıq ki, aşkar olunmuş qaz yataqları gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət töhfəsini verəcəkdir.

 

Mən çıxışımı sonlandırmadan öncə, Türkiyə - Yunanıstan arasında son vaxtlar artan gərginliklə bağlı bir neçə cümlə danışmaq istərdim.

 

Azərbaycanın rəsmi mövqeyi cənab İlham Əliyev tərəfindən aydın şəkildə bəyan olunmuşdur. İnanırıq ki, Aralıq dənizinin Şərq hissəsində Türkiyənin beynəlxalq hüququn prinsipləri çərçivəsindəki fəaliyyəti bütövlükdə bu bölgədə sülhə və inkişafa xidmət edəcəkdir.

 

Bildirmək istərdim ki, Azərbaycan cəmiyyəti NATO-nun Türkiyə-Yunanıstan arasında artan gərginliyin azaldılmasındakı rolunu və səylərini çox yüksək qiymətləndirir. Çünki hər iki ölkə NATO-nun üzvüdür. Buradan NATO PA-nın bu məsələ ilə bağlı daha aktiv olmasını təklif edirəm”.

 

M.İbrahimqızının çıxışına münasibət bildirən komitənin Latviyalı sədri İvan Klementyev çıxışa görə təşəkkür etdi. Diqqətə çatdırdı ki, o, iki il öncə Azərbaycanda olmuş və ölkənin enerji məsələləri ilə yaxından tanışdır. Komitə sədri Avropanın enerji təhlükəsizliyinin təminatına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00