Arxiv
18 Sentyabr 2020, 14:40 | PARLAMENT
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı və gündəliyi təqdim etdi. Öncə Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlərin hesabatı dinlənildi. Məlumat verildi ki, hesabat dövründə komitədə 8 iclas keçirilib, 21 məsələ müzakirə olunub. Həmin məsələlərdən 17-si qanun layihəsi olub.

 

Komitədə üç oxunuşda müzakirədən keçən həmin qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib. Hesabat dövründə komitəyə 140 ərizə və şikayət daxil olub. Həmin müraciətlərin araşdırılaraq tədbir görülməsi üçün müvafiq təşkilatlara 100 məktub göndərilib. Komitə sədri Əhliman Əmiraslanov qeyd etdi ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı problemlər Səhiyyə komitəsi üzvlərinin xüsusi diqqətində olub. Pandemiya başlanandan indiyədək deputatlar vətəndaşlarla müntəzəm görüşlər keçirib, yerlərdə vəziyyəti öyrənib, seçicilərin qayğı və çətinliklərinə həssas yanaşaraq problemlərinin həllinə yardımçı olublar.

 

Deputatlar həmçinin koronavirus problemi ilə əlaqədar KİV-lərdə fəal çıxışlar ediblər, lazımi izahat işləri aparıblar. Yaz və növbədənkənar sessiyalar dövründə komitə COVID-19-la bağlı 2 dinləmə təşkil edib. Geniş auditoriyada mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə olunub. Türkdilli ölkələrdə COVID-19-la əlaqədar vəziyyətin müzakirə edildiyi dünənki videokonfransda da məlum oldu ki, ən yaxşı vəziyyət Azərbaycandadır. Əhliman Əmiraslanov vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən əsaslı tədbirlər bütün göstəricilərdə müsbət dinamikanı təmin edib. Hazırda Azərbaycanda 50-yə yaxın laboratoriyada koronavirus testi aparıla bilir. Ölkə miqyasında ən müasir avadanlıqlarla təchiz olunmuş 47 pandemiya xəstəxanası fəaliyyət göstərir. Yoluxanlarla müqayisədə virusdan sağalanların sayında, test aparılmasında, itkilərin azlığında, ölkə üzrə səhiyyə müəssisələrindəki çarpayı sayında Azərbaycanın göstəriciləri çox yaxşıdır. Operativ Qərargahın fəaliyyəti də səmərəli nəticələrini verir. Hesabat dinlənildikdən sonra komitədə geniş müzakirələr aparıldı. Deputatlar Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, komitə sədrinin müavini Rəşad Mahmudov hesabata dair müsbət fikirlərini açıqladılar, səhiyyə sahəsi ilə əlaqədar bir sıra təkliflər irəli sürdülər. Yekunda Səhiyyə komitəsinin parlamentin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərin hesabatı məqbul sayıldı. Sonra komitə sədri 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verdi.

 

Qeyd etdi ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq. Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq. Müzakirə zamanı səslənən bəzi təkliflər də iş planına daxil edildi və iş planı təsdiqləndi. Komitədə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57