Modern.az

Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO

Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO

Aktual

19 Sentyabr 2020, 17:22

Ziyafət Əsgərov seçicilərlə onlayn görüş keçirib 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputat seçilmiş Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov seçicilərlə onlayn formada görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə çıxış edən Z. Əsgərov prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı apardığı mübarizə tədbirlərindən eyni zamanda, prezidentin BMT Baş Assambleyasının xüsusi iclasının çağırılmasından geniş bəhs edib. Xüsusi olaraq vurğulanıb ki, xəstəliyin yayıldığı ilk günlərindən dövlət başçımızın nəzarətində olmuş və bu gün də mübarizə müvəffəqiyyətlə davam edir.

Sonra seçicilər çıxış edərək cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə etmiş və hər zaman ölkə başçısına dəstək olacaqlarını bildiriblər. Daha sonra Z. Əsgərovla seçicilər arasında səmimi fikir mübadiləsi aparılmış və seçiciləri maraqlandıran suallara aydınlıq gətirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır