Arxiv
21 Sentyabr 2020, 14:03 | AKTUAL
Naqif Həmzəyev: Ermənistanın avantürist, məkrli planı tezliklə puç olacaq

 

Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistan höküməti artıq bir neçə müddətdir ki, açıq-aydın müharibəyə hazırlıqlar aparır. İşğalçı hökumətin rəhbərinin cəfəng bəyanatları, təxribat xarakterli addımları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün danışıqlar prosesinə böyük zərbə vurub.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Millət vəkili qeyd edib ki, Ermənistan dövləti ordudakı çatışmazlıqları müxtəlifl yollarla həll etmək üçün bütün resurslarını səfərbər edib. 70 yaşadək olan ahıl insanları belə silahlandırmaq üçün “Müdafiə haqqında" qanuna əlavələr edib, imkanlarından çox miqdarda silah alıb, hətta, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsünün müəllifi Anna Akopyan da müharibəyə hazırlıq proseslərində yaxından iştirak edir. Ermənistanın iyul ayında dövlət sərhədində törətdiyi hərbi təxribatın məğlubiyyətə uğramasını xalqa qələbə kimi təqdim edilməsi isə avantürist dövlətinin yürütdüyü siyasətin ən gülünc məqamlarından oldu. 

 

Ölkə Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı ermənilərin təxribatının səbəblərindən birinin məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onların müttəfiqlərinin reaksiyasını öyrənmək olduğunu qeyd edib: “Ermənilər iyul məğlubiyyəti qələbə kimi qələmə vermək istəyirlər. Amma sual olunur, əgər bu, qələbədirsə, haradadır bu qələbə? Nədir onda bu qələbə? Bu, birincisi. İkincisi, əgər bu qələbədirsə, onda siz niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edirsiniz? Niyə hay-küy qaldırırsınız? Niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etmək istəyirsiniz?”. 

 

Dövlət başçımızın müsahibəsi Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavab oldu. 

 

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığını, ikiüzlü olmasını gizlətmək, hakimiyyətdə qalmaq üçün yeganə çıxış yolu olduğunu təsdiq etdi. Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiyanın tək bir adı var: faşizm.

 

Dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla sübut edilib ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı tezliklə puç olacaq, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün kənd və qəsəbələrimiz düşmən tapdağından azad ediləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28 Erməni generalının kül olmuş avtomobili - FOTO 27 Oktyabr 2020, 22:15 Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA 27 Oktyabr 2020, 22:07 Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO 27 Oktyabr 2020, 21:50 Ermənistanda fərarilik artır - parlament cəzaları sərtləşdirdi 27 Oktyabr 2020, 21:42 Türkiyədən Bərdə bəyanatı 27 Oktyabr 2020, 21:31 Teledərslərin sabaha olan CƏDVƏLİ 27 Oktyabr 2020, 21:24 “Ermənistan hökuməti PKK terrorçularını Şuşaya yerləşdirib” 27 Oktyabr 2020, 21:10 Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarıldı 27 Oktyabr 2020, 20:59 Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi 27 Oktyabr 2020, 20:47