Arxiv
22 Sentyabr 2020, 14:30 | AKTUAL
Azərbaycanda təhsilin inkişafı  

Elmin, mədəniyyətin inkişaf səviyyəsi, bütövlükdə xalqın intellektual potensialının formalaşması cəmiyyətin inkişafının göstəricisi olub dövlətin təhsil sistemi ilə təmin edilir. “Cəmiyyətimizin inkişafı təhsildən başlanır”. Ulu öndər Heydər Əliyevin məşhur kəlamı bu gün dövlətimizin təhsil siyasətinin əsasında dayanır.

 

Daim inkişaf edən təhsilimizin milli və ümumbəşəri dəyərlər, demokratiklik və dünyəvilik prinsipləri əsasında yenidən qurulması, təhsilalanların təlim-tərbiyəsinin düzgün təşkili dövlətimizin və dövlət başçımızın daim diqqət və önəm verdiyi məsələlərdəndir. 

 

Məlumdur ki, cəmiyyətin hər bir üzvünün şəxsiyyət kimi formalaşması, təhsil-tərbiyə yolu orta məktəbdən başlayır. Bu səbəbdən yeni məktəblərin tikintisi, yararsız vəziyyətə düşmüş məktəb binalarının təmiri, müasir avadanlıqlarla, təlim keyfiyyətinə əhəmiyyətli təsir göstərən laboratoriya, kitabxana, idman infrastrukturu ilə təmin olunması kimi məsələlər daim dövlət siyasətinin prioriteti olmuşdur. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında həmişə vurğulayır ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etdirmədən, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan gənc nəslin intellektual inşkişafına nail olmaq mümkün deyil. 

 

2003-cü ildə ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram”ına müvafiq olaraq, 2003-2007-ci illərdə ölkə üzrə 149 yeni məktəb binası tikilmiş, 408 məktəbin əsaslı təmiri aparılıb.

 

Məcburi köçkün uşaqlar üçün əlverişli təlim şəraitinin yaradılması məqsədilə 2001-2010-cu illərdə Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkün ailələrindən olan şagirdlər üçün 130-a yaxın orta məktəb tikilib istifadəyə verilib.

 

Təhsil infrasturkturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2003-2018-ci illər ərzində 3200-dən, son beş ildə 600-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilib.

 

Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımlar sırasında müxtəlif bölgələrdə modul tipli məktəblərin inşasını da qeyd etmək lazımdır. Bu gün respublikamızın ən ucqar bölgələrində quraşdırılan modul tipli məktəblər təhsilə əlçatanlığı təmin edir.

 

Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkı kimi böyük sənaye kompleksinin nəzdində Peşə Təhsil Mərkəzinin yaradılmasını dövlətimizin uğurlu təhsil siyasətinin bir göstəricisi kimi dəyərləndirmək lazımdır. 2020-2021-ci tədris ilinin ilk günlərində respublikamızın müxtəlif bölgələrində bir çox məktəblərin tikilib istifadəyə verilməsi də təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. 

 

Azərbaycan Respublikasının Prezidentinin yeni tikilmiş, təmir olunmuş bir çox məktəblərin açılışında iştirakı, yeni dərs ilinin ilk günündə müəllim, şagird, valideynlərlə görüşü də təhsilə diqqqət və qayğısının bariz nümunəsidir. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Suraxanı rayonu Əmircan qəsəbəsində 154 nömrəli məktəbin açılışında iştirak etməsi bu qəbildəndir.

 

Təbii ki, təhsilalanların savadlı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması müəllim amilindən birbaşa asılıdır. Müəllimlərin savadı, pedoqoji ustalığı, peşəkarlıq səviyyəsi şagird nailiyyətlərinin özülünü təşkil edir. Bu baxımdan ölkəmizdə dövlət tərəfindən müəllimlərin peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına, maddi rifah halının yaxşılaşdırılmasına, müəllim nüfuzunun artırılmasına xüsusi diqqət yetirilir.

 

Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması, tələbələrin təqaüdünün artırılması, valideyn himayəsindən məhrum olunmuş uşaqların problemlərinə xüsusi həssaslıqla yanaşma, dövlət başçısının sərəncamı ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunub şagirdlərin istifadəsinə verilməsi, məktəblərin komyuterləşdirilməsi, pandemiya ilə əlaqədar maddi sıxıntısı olan ailələrin övladlarının təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi və bu qəbildən olan bir sıra layihələrin həyata keçirilməsi bir daha göstərir ki, dövlət və dövlət başçısı İlham Əliyev təhsilimizin ən etibarlı hamisidir. 

 

Bu gün hər bir təhsilalan gələcəyin qurucusudur. Dövlətimizin diqqət və qayğısına cavab olaraq biz müəllimlər çalışmalıyıq ki, şagirdlərimiz yalnız elmin sirlərinə bələd gənclər kimi ictimai fəaliyyət meydanına atılmasınlar. Onlar həm də mənəviyyatca saf, əxlaqca kamil, vətənpərvər bir şəxsiyyət kimi formalaşaraq vətənə və dövlətimizə layiqli xidmət etsinlər. 

 

Gülnar Bayramova

246 nömrəli məktəb-liseyin müəllimi, Əməkdar müəllim

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial dəstək göstərilib - FOTO 28 Oktyabr 2020, 10:29 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnika və silah-sursatın görüntüləri yayıldı 28 Oktyabr 2020, 10:18 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20