Modern.az

Dilbilməz-1

Dilbilməz-1

Aktual

22 Sentyabr 2020, 15:58

Qəzənfər Həmidoğlu

Rusca təhsil və tədris ətrafında polemikanın qızışdığı bir vaxtda bəndəniz yad sözlərlə bağlı bazarda, həyətdə, dükanda, məktəbdə, yolda, bankda, çayxanada və bulvarda bekarçılıqdan dialoq və qulaq qonağı (Anadolu türkcəsinə salam olsun) olmaq yolu ilə atüstü, özbaşına, qeyri-elmi və qeyri-qanuni 5 günlük "Dilimizdəki işğal" adlı monitorinq keçirib.

Nəticə pis yox, çox pisdir. Dilimizə lövbər atan 30 "ümumişlək" rus sözü:

- Mama, papa, uje, daje, neyjeli, davay, kuxna (кухня), tok, marojna (мороженное), balkon, oçki, xaladennik (холодильник), xod (həm gediş, həm də səsi almaq anlamında), moyka, obed, zavtrak, ispışka (спичка), peraşki (пирожки), podruqa, podderjka (dəstək sözü ilə 50/50-yə), zajiqalka, ostanovka, stoyanka, stoyanşik (və ya parkovşik), çaynik, vilka, ruçka, zaryadka, smetan və "Bandotdel" (bu söz artıq yazılı dilə keçib).

Təbii ki, danışıq dilimizdə digər rus sözləri də işlənir. Amma monitorinq zamanı kimsə bəndənizə "fortoçka" və ya "akuşka"nı aç, "vorota" nı ört demədi...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi