Modern.az

Aytəkin Alxaslı general Elçin Quliyevdən YAZDI

Aytəkin Alxaslı general Elçin Quliyevdən YAZDI

Aktual

22 Sentyabr 2020, 18:51

Bu gün bir fərd, şəxs və şəxsiyyət olaraq onun günüdür. Doğum günü, həyata göz açdığı gündür. Düz 53 il bundan  öncə 22 sentyabr günü  Sumqayıt şəhərində sürücü ailəsində doğulan  Elçin Quliyevun dünyaya göz açdığı gündür. Sürücü çörəyi ilə böyüyən, öz bacarığı ilə pillə-pillə irəli gedərək ölkənin DSX rəisliyinə qədər yüksəlmiş Elçin Quliyevdən söhbət gedir. Düzü, peşəmlə əlaqədar 28 ildi tanıdığım Elçin Quliyev barədə ilk dəfədir ki, icazəsiz yazı hazırlayıram. Çünki,Dövlət Sərhəd Xidmətinin fəaliyyəti haqda həm televiziyada, həm də elektron mediada material hazırlayarkən  rəsmi icazə almadığım yadıma gəlmir, yəni hərbi qurumun fəaliyyətini işıqlandırarkən  icazə olmadan obyektə yaxınlaşmağım yadıma gəlmir. Bu gün isə  cənab generaldan xəbərsiz bu sətirləri yazıram, ürəyimdən gəlib yazıram. Mübaliğəsiz, heç nəyi şişirtmədən, heç nəyi  qabartmadan, olduğu kimi yazıram.

 

 

Qeyd etdim ki, Elçin müəllimi 1992-ci ilin iyunundan tanıyıram. Ovaxtki baş leytenant  Quliyevin Rusiya ilə dövlət sərhədini necə yaratmasını, müstəqil Azərbaycanın ilk keçid məntəqəsini - Yalama əlahiddə buraxılış məntəqəsini hansı çətinliklər hesabına qurmasını mən bilirəm. Mən cənab generalı xidmətinin  ilk günlərindən tanıyan, fəaliyyətini daim izləyən yeganə mətbuat nümayəndəsiyəm -desəm, heç də səhv etmərəm. 90-cı illərin gərgin, necə hərc-mərclik, separatçıların at oynadığı bir dövr olduğu çoxlarına yaxşı məlumdur. Məhz belə bir çətin dövrdə - Azədbaycanın Rusiya ilə ən qaynar nöqtəsində buraxılış məntəqəsini yaratmaq asan məsələ deyildi. "Sadval" meydan sulayırdı, Azərbaycana qarşı iddialar irəli sürməkdə idi. Məhz baş leytenant Elçin Quliyev özünün 16 nəfərlik şəxsi heyəti ilə şimal sərhədində duruş gətirə bildi. Təbii ki, xüsusi idarəetmə bacarığı  və əsasən ləzgilərdən ibarət yerli əhalinin sağlam fikirli nümayəndələri ilə, yerli qurumlarla normal münasibət qurmağı bacarmağı sayəsində. O dövrdən çox yaza bilərəm. Elçin müəllim o ağır illərdən indiyə qədər çox keşməkeşli, çətiin, amma şərəfli həyat yolu keçib. Elçin Quliyev baş leytenantlıqdan general-polkovnik rütbəsinə çox gərgin əməyi və qabiliyyəti hesabına yüksəlib.

 

Cənab general özünə qarşı təntənədən uzaq adamdır. Onu yaxşı bilirəm ki, özünə heç vaxt təmtəraqlı ad günü keçirməyib. Hətta 50 yaşını belə evdə -süfrə, qohum-əqraba  əhatəsində keçirməyib.50 yaşı tamam olanda  hərbi hissələrin birində iş başında olub, sərhədçi əsgərlər generalın ad gününü bilərək sürpriz ediblər, general da böyük məmnuniyyətlə  əsgərləri ilə qeyd edib.Torpağı sanı yaşasın, Elçin Quliyevin əsgərlərlə sıx ünsiyyəti mənə iyulun 14-də Tovuz hadisələrində şəhid olmuş general-mayor Polad Həşimovu xatırladır. O da daim əsgərləri ilə idi. Allah Həşimova rəhmət eləsin, ruhu şad olsun. İnanıram ki, Polad Həşimovun qanını bizim sərhədçilərimiz, milli ordumuz yerdə qoymayacaq. General Elçin Quliyev və  əsgərləri bu qisası alacaq, mütləq alacaq.

 

 

Bu gün də belədir.Azərbaycan -Ermənistan dövlət sərhədində vəziyyətin yenidən  gərginləşdiyi bir vaxtda Elçin Quliyevin gözünə ad günü görünər heç? Qətiyyən. Onu çox yaxşı tanıdığımdan tam əminliklə deyirəm ki,  xidmət başında olan Vətən oğlu, Vətən əsgəri, general Elçin Quliyevin yadına ad günü qətiyyən düşmür. Onu deyə bilərəm ki, Ermənistanla dövlət sərhədlərimiz və ümumilikdə bütün hava, su, quru sərhədlərimiz Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında vicdanla və tam məsuliyyətilə generalın tam nəzarətindədir və etibarlı əllərdədir.

 

Hörmətli Elçin Quliyev bu yazıya görə məni məzəmmət edəcək, yəqin. Əgər həmin an məni görsə,"heç ad gününün yeridi?"-deyəcək, tam əminəm. Cənab generala və bu sətirləri oxuyacaq hər kəsə deyirəm ki, mən bu yazını kiminsə sifarişilə yox, öz ürəyimin səsi və istəyilə yazdım. Mübaliğəsiz, rəng vurmadan. Doğum gününüzü ürəkdən də təbrik edirəm, cənab  general ! 50 il sürücü işləmiş rəhmətlik atanız İsağa kişinin ruhu şad olsun ki, Sizin kimi general oğlu var. Allah Sizi, bütün əsgərlərimizi, dövlətimizi, dövlət sərhədlərimizi qorusun.

 

 

Aytəkin Alxaslı Jurnalist 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...