Arxiv
23 Sentyabr 2020, 14:52 | AKTUAL
Yenilənməkdə olan dünyaya YENİ MESAJ

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasını izləmək imkanımız oldu. Dünya birliyinin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı ümumbəşəri təhlükə dönəmində ən mühüm və nüfuzlu beynəlxalq tədbirə şahidlik etdik. Gördüklərimiz və eşidə bildiklərimiz dünyanın hazırkı durumu ilə bağlı bir neçə qənaətə gəlməyə imkan verir. Təəssüf ki, beynəlxalq ictimaiyyəti düşündürməyə və məyus olmağa vadar edən qənaətlər güman etdiyimizdən də qat-qat çox və daha təhlükəlidir.

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yüksək Səviyyəli İclasda etdiyi tarixi çıxış bu təhlükələrin miqyasını çılpaqlığı ilə göstərdi. O, faktiki olaraq dünya birliyinə çağırış etdi. O, yaşanan təhlükələrin insanlığı və cəmiyyətlərin əmin-amanlıq içində yaşamaq haqqını təhdid etdiyini, bütövlükdə dünyanı qlobal qarşıdurmaya sürüklədiyini açıq şəkildə bildirdi. Bunun səbəblərini də açıqladı: qəbul edilmiş ümumi, beynəlxalq qanunların işləməməsi və ya onların seçmə üsulu ilə tətbiqi, bu zaman ayrı-seçkiliyə yol verilməsi,  BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsip və tələblərinin icrasını təmin etməkdə dünya birliyinin qətiyyətsizliyi, sivil birgəyaşayış qaydalarının pozulması hallarının kütləvi xarakter alması...

 

R.T. Ərdoğan dünya dövlətlərinin nəzərinə çatdırdı ki, insanlığı bu təhlükələrin qurbanına çevirən yaranmış vəziyyətin aradan qaldırılmasının yalnız bir yolu var. Bu yol sistemli islahatlardan keçir. Ərdoğan açıq şəkildə bildirdi ki, ötən əsrdə formalaşdırılan bir struktur bütün müsbət məziyyətlərinə baxmayaraq, dəyişməkdə olan dünyada eyni səmərə ilə fayda verməkdə artıq çətinlik çəkir. O da anlaşılan deyil ki, yeddi milyardı aşan dünya əhalisinin müqəddəratını yalnız cəmi beş dövlət həll edir və son söz sahibi statusuna malikdir. Nəticədə dünya dövlətləri və xalqları arasındakı bərabərlik hüququna olan inam şübhə altına alınır. Dünya birliyinə xüsusi olaraq çatdırıldı ki, beynəlxalq prinsipləri təmin etməli olan hüquqi mexanizmlər yaradılmayınca və beynəlxalq münasibətlərdə bərabərlik təmin edilməyincə, xüsusən ayrı-seçkilik aradan qaldırılmayınca, təhlükələrin qarşısını almaq mümkün olmayacaq. Bu isə dünya birliyinin qlobal qarşıdurmadan yayına bilməsini mümkünsüz edəcək. Təhlükələri ən azından minimuma endirmək üçün BMT-dən tutmuş digər mötəbər beynəlxalq təşkilatlara qədər effektiv islahatların aparılması zamanın və dünya təhlükəsizliyinin tələbidir. 

 

 

Rəcəb Tayyib Ərdoğan dünya birliyini ciddi sınağa çəkən ikinci ən böyük təhlükəli tendensiyaya da xüsusi diqqət çəkdi. Bildirdi ki, dünya nizamını və beynəlxalq münasibətləri təhdid edən təhlükələrin aradan qaldırılmasında BMT-dən sonra ən mühüm beynəlxalq platforma İslam Əməkdaşlıq Təşkilatıdır. Prezidentin bu qeydi təsadüfi deyildi və bir çox incə mətləblərə, çox zaman məqsədli şəkildə gözardı edilən məqamlara aydınlıq gətirirdi. O da təsadüfi deyildi ki, Türkiyə Prezidenti dünyada xüsusi narahatlıq doğuran, kütləvi insan tələfatına səbəb olan, qaçqın və məcburi köçkün təbəqəsinin yaranmasına xidmət edən, bu insanları kimlər üçünsə ucuz işçi qüvvəsinə çevirmək məqsədini güdən, ayrı-ayrı dövlətlərin müqəddəratını sual altına alan, insanların normal yaşayışını heçə endirən ölkə və bölgələrin də coğrafiyasını dəqiq göstərdi: Suriya, Liviya, Yəmən, İraq, Fələstin, Kəşmir, Şimali Kipr, Yeni Zellandiya və Azərbaycan...

Şübhəsiz ki, bu, sıradan sadalama deyildi. Çünki, bu coğrafiyanı birləşdirən çox həssas amil, həmin amilə isə qısqanc, ehtiyatlı yanaşma tərzi sərgilənməkdədir. Ərdoğan bunu da çılpaqlığı ilə açıqladı: irqçilik, islam düşmənçiliyi, münaqişələr üçün məkan qismində əsasən müsəlman ölkələrinin seçilməsi və bu zəmində insanlarda bir-birinə qarşı nifrət hissinin aşılanması. Prezident vurğuladı ki, qaçqın və məcburi köçkünlər ordusu əksəriyyət etibarı ilə məhz müsəlman ölkələrinin sakinləridir. Səbəbini də açıqladı: bəzi siyasilərin seçici səsi naminə ucuz, populist bəyanatları, ifadə azadlığı hüququnun qorunması pərdəsi altında ayrı-ayrı rəsmilərin təhlükəli ictimai açıqlamaları...

Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli İclasda Ermənistan-Azərbaycan münaqişəsinə əlahiddə yer ayırdı: “İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha sübut etdi”. Qardaş Türkiyənin lideri ölkəsinin irqçilikdən və dini ayrı-seçkilikdən tam uzaq olduğunu, bölgəmizdə baş verən münaqişələrin səbəblərinə də yalnız ədalət ucalığından yanaşdığını ortaya qoydu: “Bölgədəki münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in qətnamələri ilə mümkün qədər tez həll olunmasının tərəfdarıyıq”.

İki qardaş ölkənin prezidenti İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Yüksək Səviyyəli İclasdakı tarixi çıxışları eyni və ortaq mövqenin, ədalətli baxışların nümayişi idi. Hər iki lider yalnız öz ölkələrinin çıxarları naminə deyil, məhz bəşəri maraqlar naminə dünyamızı narahat edən regional və qlobal problemlərə dini ayrı-seçkilikdən, irqçilikdən, insanlığa nifrətdən, şovinistlikdən uzaq olan, tamlıqla üst-üstə düşən ədalətli yanaşmalarını dünya birliyinə təqdim etdi.

Hər iki prezident dünya dövlətlərinə bəyan etdi ki, nə Azərbaycanın, nə də Türkiyənin heç kimin torpağında, iqtisadi və siyasi marağında gözü yoxdur. Lakin torpaqlarımız, ortaq dəyərlərimiz, maraq və çıxarlarımız da kimlərəsə qurban verilməyəcək, belə məsələlərdə güzəştə gedilməyəcək!

Görə bildiyimiz qədər, dünya nizamı dəyişir. Bu dəyişimdə qardaş Türkiyə dünya güclərinin nəzərə almalı olduğu, lakin qısqanclıqla yanaşdığı ciddi siyasi faktora çevrilir. Rəcəb Tayyib Ərdoğanın BMT kimi nüfuzlu bir təşkilatın nümayəndəliyinin İstanbulda açılması təklifi yenilənməkdə olan dünyaya yeni mesajdır, ədalətə və bərabərliyə çağırışdır.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28