Arxiv
23 Sentyabr 2020, 15:40 | AKTUAL
Quzanlıda ilk yardım təlimləri başladı - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sentyabrın 22-də Quzanlı qəsəbəsində ilk yardım üzrə təlimlərə başlanılıb.  

 

Modern.az xəbər verir ki, təlimlərə yerli sakinlər və məcburi köçkünlər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın lazımi avadanlıq və materiallarla təmin etdiyi təlimləri yüksək ixtisaslı təlimçilər aparırlar. Təlim proqramına ilk yardım və onun əsas prinsipləri, ilkin test, şəxsi təhlükəsizlik və hadisə yerinin qiymətləndirilməsi, zərərçəkmişin müayinəsi və bərpası, yanıqlar zamanı ilk yardım üzrə praktiki vərdişlərin nümayişi daxildir. İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsidir. Həyat göstərir ki, ilk tibbi yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibb təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.

 

Qeyd edək ki, Dövlət Komitəsi ötən ilin aprel və sentyabr aylarında Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlim təşkil edib. Bu cür təlimlərin həm maarifləndirici, həm də praktiki məşğələlərdən təşkil olunması, eləcə təlimlərdə iştirak etmiş vətəndaşlar tərəfindən müsbət qarşılanması baxımından gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

 

Təlimlər sentyabrın 25-dək davam edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33 Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan 25 Oktyabr 2020, 00:28 Gözün aydın, AZƏRBAYCAN! 25 Oktyabr 2020, 00:16 “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı - FOTO 25 Oktyabr 2020, 00:09 Cəbhə gündəliyi: 24 oktyabrda nələr oldu... 25 Oktyabr 2020, 00:06 Əfqanıstanda partlayış - onlarla insan həlak oldu 24 Oktyabr 2020, 23:52 Daha bir hərbçimiz koronavirusla bağlı əhaliyə çağırış etdi - VİDEO 24 Oktyabr 2020, 23:48 Bakıda kütləvi dava - xəsarət alanlar var 24 Oktyabr 2020, 23:34 Fransa Türkiyədəki səfirini geri çağırdı 24 Oktyabr 2020, 23:28 Yolu keçən piyadanı maşın vurdu 24 Oktyabr 2020, 23:19 “General Həzi Aslanov” gəmisində partlayış olub 24 Oktyabr 2020, 23:13 Paşinyanın qızı rus xalqını təhqir edir 24 Oktyabr 2020, 23:06 Düşmənin hərbi obyektlərini və hədəflərini məhv edən zabitimiz- VİDEO 24 Oktyabr 2020, 22:51 Levandovski yeni rekorda imza atdı 24 Oktyabr 2020, 22:46 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO 24 Oktyabr 2020, 22:30 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır - Prezidentin köməkçisi 24 Oktyabr 2020, 22:16 ABŞ-ın Azərbaycandakı Səfirliyindən vətəndaşlarına terror təhlükəsi barədə XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 22:13 Hərbi pilotumuzdan Azərbaycan xalqına ÇAĞIRIŞ 24 Oktyabr 2020, 22:00 “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” 24 Oktyabr 2020, 21:50 “Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı 24 Oktyabr 2020, 21:39 Ermənistan döyüşlərdə uşaqlardan istifadə edir - VİDEO 24 Oktyabr 2020, 21:28 Düşmənin 19 hərbçisini məhv edən snayperçimiz - VİDEO 24 Oktyabr 2020, 21:18 “Ayaks”dan darmadağın - 13:0 24 Oktyabr 2020, 21:10 Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO 24 Oktyabr 2020, 21:04 “El Klassiko”nun qalibi müəyyənləşdi 24 Oktyabr 2020, 20:55 “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 20:45 Cüdoçumuz qızıl medal qazandı 24 Oktyabr 2020, 20:38 Şəkidə ağır yol qəzası 24 Oktyabr 2020, 20:29 ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir 24 Oktyabr 2020, 20:14