Arxiv
24 Sentyabr 2020, 16:17 | MEDİA
“Savadlı kadrlar hazırlamaq ali məqsədimizdir” - Jurnalistikanın dekanı ilə MÜSAHİBƏ

Müasir texnologiyalar, sürətlə dəyişən kommunikasiya imkanları təhsil standartlarının dəyişməsi, yeni təlim və təhsil metodlarının yaranmasını labüd edir. Təhsildə sürətli onlayn dərslərin tətbiqi, kommunikasiya-informasiya texnologiyalarından maksimum istifadə və informasiyanın sürətli yayımında yeniliklərə imza atıldı. İnformasiya mühitində də artıq yeni dövr jurnalistikası meydana gəldi. Azərbaycanda jurnalistika sahəsində ilk ali məktəb və keyfiyyətli jurnalist kadr hazırlığı həyata keçirən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi bu gün də inkişaf xətti ilə öndədir. Aparılan uğurlu inkişaf strategiyasının, Universitetin bütün sahələrində olduğu kimi, Jurnalistika fakültəsində də hiss olunmaqdadır. Yeniliklərə açıq addımların atılması, yeni jurnalistika təhsili ilə bağlı aparılan uğurlu islahatlar barədə fakültənin dekanı Vüqar Əliyevlə söhbətləşdik:

 

Vüqar müəllim, bildiyiniz kimi, yeni tədris ili ənənəvi tədris illərindən fərqli başladı. Jurnalistika fakültəsi yeni tədris ilinə hansı dəyişikliklərlə başlayıb?

- Bildiyiniz kimi, onlayn təhsilə keçid tədris proqramları, eləcə də təhsilin məzmununda ediləcək dəyişikləri sürətləndirdi. Görülən işlərin, aparılan sistemlə təhlillərin və araşdırmaların nəticəsi kimi Jurnalistika fakültəsi olaraq biz də bir sıra yeniliklərə imza atdıq. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Jurnalistika ixtisası üzrə yeni təhsil proqramı qəbul edildi. Yeni proqramda istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərilə bağlı ciddi dəyişikliklər həyata keçirildi. Bu dəyişikliklərin edilməsində də başlıca məqsəd ali jurnalistika təhsilini müasir tələblərə cavab verən ixtisas proqramı əsasında həyata keçirməkdir.

Proqramda hansı dəyişiklər edilib, yeni fənlər hansılardır?

- Təhsil Nazirliyinin təsdiq etdiyi yeni ixtisas proqramındakı dəyişikliklərə əsasən, ixtisasla bağlı seçmə fənn bloklarının sayı artırıldı, konflikt jurnalistikasi, beynəlxalq informasiya hüququ və jurnalistika, informasiya təhlükəsizliyi və informasiya siyasəti, beynəlxalq münasibətlər sistemində jurnalistika, media və siyasət, media və iqtisadiyyat, media savadlığı, media idarəçiliyi və menecment fəaliyyəti, türk xalqlarının müasir mediası və s. kimi yeni və müasir dövrdə tədrisi vacib olan fənlər əlavə edildi. 2014-cü il tədris planında müəyyən qədər bir-birini təkrarlayan fənlər bir fənn adı altında yeni proqrama daxil edildi. Vurğulamağı özümüzə borc bilirik ki, bu dəyişikliklər nəticəsində, eyni zamanda sahə jurnalistikası ilə bağlı bir sıra yeni fənlər tədris planına əlavə edildi və bu bir ilk hesab oluna bilər. Bütün bu dəyişikliklər zamanı tədris olunan dərslərin keyfiyyəti və eləcə də tələbələrimizin istək və arzuları da nəzərə alındı.

Yeniliklərə imza atarkən beynəlxalq təcrübə nəzərə alındımı?

- Əlbəttə. İxtisas proqramı hazırlanarkən Qərb, xüsusilə də qardaş Türkiyə Cümhuriyyətinin media və kommunikasiya ixtisasları ilə bağlı proqramları diqqətlə öyrənilib. Bu ilk növbədə, Türkiyə ali məktəbləri ilə tələbə mübadiləsi, eləcə də media təhsili təcrübələrinin tətbiqi məqsədi ilə də atılan addımdır.

Tədris planına edilən dəyişikliklər jurnalistika təhsilinə yeni nələr gətirəcək?

- Bildirmək istərdik ki, ixtisas proqramında edilən bu dəyişikliklərin öz müsbət təsirini göstərəciyinə inanırıq. Ümumilikdə jurnalistika ixtisası üzrə tədris proqramına edilmiş dəyişikliklər, təqribən, 70 faizdir. Heç şübhəsiz ki, bu dəyişikliklər öz müsbət təsirini göstərəcək. Lakin bu son deyil və 101 yaşlı flaqman universitet, 92 illik ali jurnalistika təhsili təcrübəsi olan fakültə olaraq hədəfimiz tək bu deyil. Biz, ümumiyyətlə, jurnalistika təhsilinə kökündən yeni baxışı və dəyişikliyi hədəf alırıq.

Bildiyimiz kimi fakültədə həm də struktur islahatları həyata keçirilib.

- Ümumiyyətlə son bir ildə Universitetdə yeni islahatlara başlanılıb və fakültəmizdə də bir sıra struktur islahatları həyata keçirilib. Kafedralarımızın adlarının dəyişdirilməsi, yenidən formalaşdırılması bu istiqamətdə atılan ilk addım oldu. Bu dəyişikliyi həm də sovet dövründən qalma və faktiki olaraq post-sovet məkanından başqa heç bir yerdə müşahidə edilməyən yanaşmanın, yeni və müasir media təhsilinə baxış ilə əvəz edilməsi kimi də qiymətləndirə bilərik.

- Gələcək inkişaf planlarınızda hansı yeniliklər nəzərdə tutulub?

- Bir az əvvəl də qeyd etdiyim kimi, hədəfimiz tək bunlar deyil. Biz ümumiyyətlə jurnalistika təhsilinə kökündən yeni baxışı və dəyişikliyi hədəf alırıq. Universal jurnalistika ixtisasi üzrə bakalavr səviyyəsinə qəbulun yerinə 3 ixtisas üzrə - yeni media jurnalistikasi, televiziya ve radio jurnalistikasi və beynəlxalq jurnalistika ixtisasları üzrə qəbulun həyata keçirilməsini arzu edirik. Düşünürük ki, bu, mediamızın inkişafı üçün yeni ixtisaslaşmış kadrların hazırlanmasına ciddi təkan verə bilər.

Bakalavr səviyyəsində 3 istiqamət üzrə qəbul proqramının həyata keçirilməsi, nəticə etibarilə magistratura pilləsində də ixtisaslaşmalara yenidən baxmağı labüd edəcək. Sahə jurnalistikasını tədrisə transformasiya etməyimiz də qarşıya qoyduğumuz hədəflərimizdəndir. Jurnalistika sahəsində savadlı və yeniliklərə açıq kadrlar hazırlamaq ali məqsədimizdir.

Yeni tədris ilində həm tələbələrimizə, həm də müəllimlərimizə uğurlar arzu edirik. Ümidvarıq ki, yeniliklərin tətbiqi öz müsbət təsirini tezliklə göstərəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Prezidentin müraciətinin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42 Qubada qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olundular 26 Oktyabr 2020, 14:36 “Heydər Əliyev vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı” - Prezident 26 Oktyabr 2020, 14:30 Şeyx BMT Baş Katibinin müavininə ermənilərin vəhşiliyindən DANIŞDI 26 Oktyabr 2020, 14:25 İlham Əliyev: “Elə bil prokurordur, ittiham edir bizi” 26 Oktyabr 2020, 14:20