Modern.az

Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI

Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI

Aktual

24 Sentyabr 2020, 17:29

 

Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Fərmana əsasən, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman da imzalayıb.

Fərmana əsasən, Agentlik turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir