Modern.az

Türkiyədə daha 74 nəfər koronavirusdan öldü

Türkiyədə daha 74 nəfər koronavirusdan öldü

Aktual

24 Sentyabr 2020, 21:49

Türkiyədə son sutka ərzində daha 74 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 785  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 113 317 nəfərdən 1 721-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  309 790  nəfərə çatıb.
Müalicə olunan 1 241  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 271964  nəfər təşkil edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü