Arxiv
30 Sentyabr 2020, 09:26 | QARABAĞ
Düşmənin Tərtərə atəşi nəticəsində 7 nəfər YARALANDI

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

 

Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən 30.09.2020-ci il tarixdə saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:43 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28 Erməni generalının kül olmuş avtomobili - FOTO 27 Oktyabr 2020, 22:15 Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA 27 Oktyabr 2020, 22:07 Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO 27 Oktyabr 2020, 21:50