Modern.az

Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir

Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir

Aktual

1 Oktyabr 2020, 19:17

Hazırda Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı brifinq keçirir.

 

Modern.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib ki, Azərbaycan Ordusunun əks hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir:

 

"Düşmən qüvvələri Cəbrayıl, Füzuli, Goranboy, Ağdam, Tərtər rayonlarını artilleriya atəşinə tutub. Düşmənin hərəkət edən kalonları dəqiq atəşlə məhv edilib.

 

Ermənistan Ordusunun alay komandiri və onun müavini məhv edilib. Düşmənin döyüş bayrağı əlimizə keçib, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcəkdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...