Modern.az

“Bu il tədris prosesinin təqvimi ciddi şəkildə dəyişəcək”

“Bu il tədris prosesinin təqvimi ciddi şəkildə dəyişəcək”

Təhsil

12 Oktyabr 2020, 12:26

"Mart ayından etibarən pandemiya səbəbindən orta və ali məktəblərdə təhsil prosesi dayandırıldı. Dərslər internet resurslarından istifadə edilməklə onlayn formada keçirilirdi. Amma indi də yeni vəziyyət yaranıb".

Bu sözləri Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:

"Sentyabr ayının 27-dən etibarən müharibə şəraitinə qədəm qoyduq. Burda isə sonuncu resursumuz olan internet təhlükəsizlik səbəbindən məhdudlaşdırıldı. Avtomatik olaraq bizim 4447 orta ümumi təhsil məktəbində, 54 ali təhsil ocağında, 50-dən çox kollecdə,100-dən çox peşə məktəbində onlayn tədris prosesi dayandırıldı".

K.Əsədov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris prosesi ali təhsil müəssisələrində, orta təhsil müəssisələrində yalnız onlayn nəzərdə tutulmuşdu:

"Hazırkı vəziyyətdə Azərbaycanda tədris prosesi dayandırılıb. Bu dayanmanın müddəti təbii ki, məlum deyil. Sentyabrın 27-dən bu günə qədər çox vaxt keçib. Bu il ümumiyyətlə tədris ilinin təqvimi ciddi şəkildə dəyişəcək, müvəqqəti qaydalarla tənzimlənəcək. Çünki sərt karantin rejimi, komendant saatı və müharibə şəraitidir. Bu faktorlar imkan vermir ki, dərslər ənənəvi formada həyata keçirilsin".

Ekspert son olaraq əlavə edib ki, indiki situasiyada həm ənənəvi həm distant təhsilin keçirilməsi mümkün deyil:

"Tədris prosesinin bərpası təhlükəlidir, çünki terrorçu Ermənistasn heç bir konvensiyaya uymur, dinc yaşayış yerlərini atəşə tutur. Bu hal təhsil müəssisələrinin də təhlükədə olması deməkdir. Ona görə də tədris prosesinin bərpasına ehtiyac yoxdur”.



Mehri Qurban

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü