Arxiv
14 Oktyabr 2020, 14:24 | ƏDƏBİYYAT
Beş canavar əhvalatı

Akif Cabbarlı


Ucqar dağ rayonlarının birində N kəndində fantaziya sarıdan o qədər də korluq çəkməyən Qüdrət adlı bir kişi çayxana gopları ilə ad-san qazanmışdı. Kənd ağsaqqalları, cavanlar, lap elə məktəblilər də onun duzlu-məzəli söhbətlərini, ağappaq yalana bürünmüş danışıqlarını maraqla dinləyir, keflərinə şəkər qatırdılar.


Günlərin birində çayxanada yenə Qüdrət kişinin başına toplaşanlar qəribə bir əhvalatın dinləyicisi oldular. Kişi bir gün əvvəl gecə ikən qonşu kənddən qayıdarkən rastlaşdığı mənzərəni bütün təfərrüatı ilə nağıl elədi.


Hə, başınıza dönüm, iş elə gətirdi ki, maşın rast düşmədi, piyada gələsi oldum. Kəndimizə lap az qalmış söyüdlü sahədən keçən şəlməşikdə (sıx və hündür otluqda) qarşıma beş canavar çıxdı. Özümü itirmədim, cibimdən elektrik fanarını çıxarıb, yalquzaqların gözlərinə tuşladım. Dişlərini elə qıcamışdılar ki, dedim daha axırımdır. Amma özümü itirmədim. Möhkəm nərə çəkib cumdum canavarların üstünə.


Elə bu yerdə kəndin ziyalı və həm də baməzə kişilərindən olan Cahangir müəllim Qüdrətin sözünü yarımçıq kəsdi:


-Ay Qüdrət, oralarda canavar-zad nə gəzir? Özü də beşi birdən. Bəlkə...


Qüdrət dərindən nəfəs alıb “ay müəllim, bəlkə beş olmayıb, amma dördünü nağd gördüm” – dedi.


-A kişi, dörd canavar nə gəzir söyüdlükdə? Bir yaxşı fikirləş.


-Əşi, nə danışırsan, heç olmasa, üçü olub ki...


Beləliklə, Qüdrət beşdən birə düşür. Bu rəqəmə də şübhə ilə yanaşıldığını görən fantazyor dostumuz axırda belə deyir:


-Vallah, fızıllıqdan eynilə canavarların səsi, hənirtisi kimi səs gəlirdi. İndi daha nə deyim, axır ki, hansı heyvansa olub da. Daha məni nə divara qısnayırsınız? İnanırsınız-inanın, inanmırsınız, cəhənnəmə-gora inanın.

 

***

“Qismətə bax ey...”

 

Sovet dönəmində N kəndində iki əmioğlu yaşayırdı. Fərruz kolxozun baş aqronomu işləyirdi. Babat dolanışığı vardı, özü də yeyib-içən, qonaqpərvər oğlan kimi tanınırdı. Bəxtiyar isə gözünü yalnız pensiyaya dikmişdi, çulunu sudan birtəhər çıxardanlardan idi.

Fərrux hər gün işdən-gücdən sıyrılıb günorta vaxtı mütləq evinə baş çəkir, xanımının bişirdiyi təamlardan dadırdı. Özü də yanında yarım litrlik araq şüşəsi, müxtəlif cür şorabalar. Sonra da bir saatlığa ləzzətli dincəlib işinə qayıdırdı. Bəxtiyar əmisi oğlunun dəqiq qrafikli həyat tərzindən xəbər tutub qərara gəlir ki, hər günorta vaxtı özünü versin Fərruxgilə. Bir gün, beş gün, bir ay... Hər dəfə də əmioğlu ilə yeyib-içəndən sonra ayağa qalxıb əlini göylərə tutub ədəb-ərkanla “şükür Sənə, İlahi” deyir, sonra da əlavə edirdi: - Qismətə bax ey...

Fərrux da eləməyib tənbəllik, günlərin birində adekvat tədbir görür – yeyib-içməyini bir saat irəli çəkir. Arağını içib, üstündən də bir siqaret çəkib, uzanır həyətindəki taxta, özü üçün rahatca mürgüləyir. Bəxtiyar da adəti üzrə nahar fasiləsi başlayanda həyət qapısını taqqıldadıb gəlib oturur Fərruxun böyründə. Ordan-burdan söhbət edir, dərdləşirlər. Amma Bəxtiyarın bir gözü həyətin o başındakı mətbəxə sarı dikilir. Lakin qatar artıq yola düşmüşdü, sadəcə beş-on dəqiqədən sonra ona limonlu, mürəbbəli çay gətirirlər. Çayı içib, kədərli-kədərli udqunub: - Əmioğlu, bəs nahar eləməmisən hələ? – deyir.

Fərrux Bəxtiyara ciddi şəkldə təpinir, qeyzlə ayağa qaldırır:

-Ə köpəkoğlu, neçə aydır rejimimə uyğun hər gün kəndin o başından basa-basa gəlirsən, yeyib-içib əlini yanına silirsən, sonra da deyirsən ki, qismətə bax ey... İndi hanı o qismət, çağır səni yemləsin də. Bu müddətdə bircə dəfə eşitmədim ki, mənə ürəkdən bir sağ ol deyəsən, ailəmizə, özümə xeyir-bərəkət, bol ruzi arzulayasan. İndi əkil mənim həyətimdən, get öz qismətini ayrı yerdə axtar.

Deyilənə görə, Bəxtiyar bu sözlərdən qətiyyən inciməyib, əksinə, qəşş eləyənədək gülüb özü üçün.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54 Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ 26 Yanvar 2021, 18:45 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47