Modern.az

Avropa Birliyi Putinin yaxın çevrəsinə sanksiya tətbiq etdi

Avropa Birliyi Putinin yaxın çevrəsinə sanksiya tətbiq etdi

15 Oktyabr 2020, 14:20

Avropa Birliyi rəsmiləri Rusiyanın yüksək çinli məmurlarına qarşı sansksiya tətbiq edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, siyasətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, prezident administrasiyası rəhbərinin 1-ci müavini Sergey Kirienko, prezident idarəsinin daxili siyasət şöbəsinin rəisi Andrey Yarin, müdafiə nazirlərinin müavinləri Aleksey Krivoruçko və Pavel Popov, həmçinin, Rusiya prezidentinin Sibir Federal Dairəsindəki nümayəndəsi Sergey Menyayloya qarşı personal məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

 

Siyahıdakı şəxslərin Avropa Birliyinə giriş-çıxışı bağlanır, onların bank hesabları dondurulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür