Modern.az

İsveç mediasında Azərbaycan həqiqətlərindən bəhs edilib

İsveç mediasında Azərbaycan həqiqətlərindən bəhs edilib

15 Oktyabr 2020, 14:56

 

İsveçin nüfuzlu Aftonbladet nəşrində Azərbaycanın mövqeyini əks etdirən məqalə dərc olunub.

Mahirə Muxtarovanın müəllifliyi ilə yayımlanmış "Ermənistan qoşunlarını geri çəkməlidir" başlıqlı məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, milyona yaxın azərbaycanlını zorla doğma Qarabağdan və ətraf 7 rayondan çıxarması barədə ətraflı məlumat verilib.

Məhz Ermənistanın qaçqın və məcburi köçkün durumuna salınmış azərbaycanlıların fundamental insan hüquqlarını kobudcasına pozması, o cümlədən yaşamaq haqqını əlindən almasına diqqəti cəlb edən müəllif özünün də Ermənistanın işğal etdiyi Kəlbəcər rayonundan olduğunu, 27 ildir doğma yurdun həsrətini çəkdiyini nəzərə çatdırıb.

Məqalədə Ermənistanın işğalçı siyasətinə və təcavüzünə qarşı Azərbaycanda hər kəsin yekdil olduğu, bütün siyasi partiyaların birləşdiyi vurğulanıb.

Qeyd edək ki, İsveçin gənc azərbaycanlılar təşkilatı SUAZ-ın rəhbəri olan Mahirə Muxtarova məqalənin işıq üzü görməsində dəstəyinə görə sözügedən təşkilatın katibi Allahverdi Verdizadəyə təşəkkürünü bildirib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//www.aftonbladet.se/debatt/a/yR3GPA/armenien-maste-dra-tillbaka-sina-trupper

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu