Modern.az

XİN rəsmisi humanitar atəşkəsin məqsədini açıqladı

XİN rəsmisi humanitar atəşkəsin məqsədini açıqladı

18 Oktyabr 2020, 01:00

Azərbaycan və Ermənistan arasındakı növbəti humanitar atəşkəs qərarını Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva Türkiyə mətbuatına şərh edib.

 

Modern.az-ın məlumatına görə, “CNN Türk” kanalının canlı efirinə qoşulan XİN rəsmisi bildirib ki, bu humanitar atəşkəsin məqsədi Azərbaycan ordusunun şəhidlərinin və qarşı tərəfin ölülərinin döyüş meydanından çıxarılması, eyni zamanda əsirlərin dəyişdirilməsidir.

 

L.Abdullayeva həmçinin vurğulayıb ki, hazırda əldə olunan razılığın nə qədər davam edəcəyi barəsində dəqiq məlumat verilməyib:

 

“Bildiyiniz kimi, ayın 10-da da belə bir humanitar atəşkəs razılığı əldə olunmuşdu, amma o zaman ermənilər buna əməl etmədilər, həm dinc əhalini atəşə tutdular, həm də cəbhə xəttində yeni təxribatlar törətdilər. Bu dəfə humanitar atəşkəsin nə qədər davam edəcəyi onlardan asılıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir