Arxiv
18 Oktyabr 2020, 21:25 | AKTUAL
Ombudsman erməni hərbi əsirlərə baş çəkdi - FOTO

2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından və xüsusi raket sistemlərindən istifadə etməklə intensiv şəkildə atəşə tutmaqda davam edir.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, nəticədə dinc əhali, o cümlədən, qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Yeni ərazi iddiaları və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək məqsədilə Azərbaycan ərazisinə hücuma keçən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularından əsir düşənlər var.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Preventiv Mexanizmin funksiyalarının icrası çərçivəsində hərbi əsirlərlə rəftar və onların saxlanma şəraiti ilə bağlı başçəkmə keçirib.

 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd hərbi əsirlərin saxlanma şəraiti, onlarla rəftar məsələləri, beləliklə də hüquqlarının təmin olunması vəziyyətinin beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyasının müddəaları əsasında araşdırılmasından ibarət olub.

 

Başçəkmə zamanı hərbi əsirlər Ombudsman tərəfindən fərdi qaydada qəbul olunub, onlara hüquqları və müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

 

Ailələri ilə telefon danışıqlarının təmin edildiyini bildirən hərbi əsirlər göstərilən rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, əvvəlcədən belə humanist münasibəti gözləmədiklərini bildiriblər.

 

Başçəkmə zamanı döyüşdə yaralanmış hərbi əsirlər Mili Preventiv Qrupun həkim üzvünün iştirakı ilə müayinə olunub. Hər hansı bir fərq qoyulmadan hərbi əsirlərə münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, beynəlxalq humanitar hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına tam riayət edildiyi müşahidə olunub. 

 

Təəssüflər olsun ki, Ermənistan Respublikası kombatant olmayanları, yəni mülki şəxsləri  və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarın təmin edilməsi ilə bağlı Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14