Arxiv
22 Oktyabr 2020, 14:55 | PARLAMENT
Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlıq komitəsinin büro iclası keçirilib

 

Oktyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi  bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasda Milli Məclisin deputatları - Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər.

 

İclasda çıxış edən komitənin həmsədri Cavanşir Feyziyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə məlumat verdi. Bildirdi ki, sentyabrın 27-dən başlayan silahlı toqquşmalardan bugünədək iki dəfə atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum etdi. Atəşkəs barədə razılaşmadan dərhal sonra Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gecə vaxtı ballistik raketlər atdı. Nəticədə xeyli sayda mülki insan, o cümlədən uşaqlar həlak oldu, yaralandı, yaşayış evləri yararsız vəziyyətə düşdü. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü razılaşdırılsa da, Ermənistanın baş naziri Nikol Paşinyan məsələnin ancaq hərb yolu ilə həllinin mümkün olduğunu iddia edərək son anda bu görüşdən imtina etdi. 

 

Cavanşir Feyziyev diqqətə çatdırdı ki, Ermənistan öz ərazisindən Azərbaycanın böyük şəhərlərinə raketlər atmaqla Azərbaycanı ona cavab verməyə təhrik edir və beləliklə münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır. Azərbaycan həmişə danışıqlara hazırdır, lakin Ermənistanın məntiqsiz davranışları buna imkan vermir. Ermənistan tərəfi bilməlidir ki, atəşi dayandırmasalar, heç bir danışıqdan söhbət gedə bilməz.  Hazırda Ermənistan müxtəlif ölkələrin Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün əlində olan bütün vasitələrdən istifadə edir. Lakin beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edir.

 

Sonra iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand hər iki tərəfdə insanların həlak olmasından narahatlığını bildirdi və tərəfləri atəşi dayandırmağa çağırdı. Həmsədr Paşinyanın iki ölkə Prezidentləri arasında görüş keçirilməsinə etiraz etdiyindən xəbərsiz olduğunu və bu görüşün Ermənistanın maraqlarına uyğun olduğunu üçün Ermənistanın məntiqsiz davrandığını qeyd etdi.

 

İclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Avropa İttifaqı tərəfdən sədr müavinləri Kosma Zlotovski, Raza Yukneviçiene Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromisin və uzunmüddətli strategiyanın vacibliyinə diqqəti çəkdilər. Qeyd olundu ki, Dağlıq Qarabağda ermənilər yaşayır, lakin bu Qarabağın Azərbaycan torpağı olması faktını dəyişmir. Sədr müavinləri tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə çağırdılar. 

 

Videokonfrans formatında keçirilən iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən sədr müavini, Milli Məclisin deputatı Erkin Qədirli diqqətə çatdırdı ki, Ermənistanın əvvəlki prezidentləri müharibə cinayətkarları idilər, Xocalıda törətdikləri soyqırımı da etiraf etmişdilər və bu gün də Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı davam edir.

 

Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərinə toxunan Erkin Qədirli qeyd etdi ki, Qazaxıstanda keçirilən görüş zamanı Paşinyanın çevrəsində olan məmurlar Madrid prinsiplərini tanımadıqlarını bildirmişdilər, bundan sonra isə Paşinyan “Qarabağ Ermənistandır !” bəyanatı ilə çıxış etmişdi. 

 

Erkin Qədirli çıxışında 2005-ci ildə Avropa Şurası PA  tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyindən də danışdı. Bildirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər oranın azərbaycanlı icmasını qəbul etmirlər, bu da münaqişənin həllinə mane olan amillərdən biridir.

 

Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Cavanşir Feyziyev və Marina Kalyurand məsələnin gedişatını daha yaxından izləmək üçün ən qısa müddətdə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

 

Bununla da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi  bürosunun videokonfrans formatında keçirilən növbədənkənar iclası başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı 28 Noyabr 2020, 18:36 İşğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq 28 Noyabr 2020, 18:10 Sabiq məmur ailəsi ilə birgə Füzulidə minaya düşdü 28 Noyabr 2020, 17:58 "Qızıl Xaç"dan TƏBİB-ə tibbi yardım ianəsi 28 Noyabr 2020, 17:51 Azərbaycanda koronavirusa 1 gündə 4200-dən çox insan YOLUXDU 28 Noyabr 2020, 17:23 Prezidentin köməkçisi Ağdam stadionunda futbol oynadı - VİDEO 28 Noyabr 2020, 17:16 Avropa Müsəlman Forumunun rəhbərliyi Prezident İlham Əliyevi təbrik edib 28 Noyabr 2020, 17:13 Eks-nazir Qarabağın Ermənistan üçün iqtisadi önəmindən danışdı 28 Noyabr 2020, 17:05 Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir   28 Noyabr 2020, 17:00 “AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib 28 Noyabr 2020, 16:52 Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - RƏSMİ 28 Noyabr 2020, 16:46 "Qarabağ"ın futbolçuları Ağdam məscidində namaz qıldı 28 Noyabr 2020, 16:30 Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq 28 Noyabr 2020, 16:21 Hikmət Hacıyev, xarici diplomatlar və "Qarabağ" klubu Ağdamda... - FOTOLAR 28 Noyabr 2020, 15:50 Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək 28 Noyabr 2020, 15:25 İranda 391 nəfər koronavirusdan ölüb 28 Noyabr 2020, 15:15 İqtisadi Şurada azad olunmuş ərazilərlə bağlı MÜZAKİRƏLƏR 28 Noyabr 2020, 15:03 Dünyanın dəhşətli koronavirus STATİSTİKASI 28 Noyabr 2020, 14:51 Füzulidə koronaviruslu xəstə qanunu pozdu 28 Noyabr 2020, 14:46 Fransanın Türkiyə və Azərbaycana qərəzi nə ilə bağlıdır? – Politoloq ŞƏRHİ 28 Noyabr 2020, 14:42 Məğrur duruşlu Azərbaycan ANASI... 28 Noyabr 2020, 14:40 Ermənistanlı əsgər anaları övladlarının Qarabağdan çıxarılmasını TƏLƏB EDİR 28 Noyabr 2020, 14:35 “Vətəndaş Ruslan Quliyev polis təzyiqinə məruz qalmayıb” - TƏKZİB 28 Noyabr 2020, 14:29 Abşeronda və Bakıda koronaviruslu xəstələrə cinayət işi açıldı 28 Noyabr 2020, 14:22 Qənirə Paşayeva şəhid Xəyal Şəkərovdan YAZDI 28 Noyabr 2020, 14:01 Yerevanda əsgər anaları növbəti aksiya keçirir 28 Noyabr 2020, 13:53 Xarici diplomatlar Tərtərdə erməni vandalizminin nəticələri ilə tanış oldular - YENİLƏNİB 28 Noyabr 2020, 13:41 Gəncədə koronavirusla mübarizə tədbirləri davam edir 28 Noyabr 2020, 13:40 Deputatdan TƏKLİF: “Erməniləri susdurmaq üçün bu yoldan istifadə etməliyik” 28 Noyabr 2020, 13:31 Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır 28 Noyabr 2020, 13:18 DİN Sumqayıtın polis rəisi ilə bağlı yayılan məlumatı təkzib etdi 28 Noyabr 2020, 13:06 44 gündə 16 min mərminin atıldığı ŞƏHƏR 28 Noyabr 2020, 12:55 Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib 28 Noyabr 2020, 12:44 Sabahın hava proqnozu açıqlanıb 28 Noyabr 2020, 12:33 Aqil Abbas Ağdamı ziyarət etdi 28 Noyabr 2020, 12:26
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?