Modern.az

“Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz” - Putin

“Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti əbədi davam edə bilməz” - Putin

Aktual

22 Oktyabr 2020, 20:48

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti "Valday" klubunun iclasında deyib.

 

"Bir daha hər iki ölkənin Xarici işlər nazirləri (Azərbaycan və Ermənistan - red.) bizə (Moskvaya - red.) gəlmişdilər. Ayın 23-ü onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər", - deyə V.Putin bildirib.

 

Eyni zamanda V.Putin bildirib ki, Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz:

 

"Bu illər ərzində (Rusiya - red.) vəziyyətin uzun bir tarixi perspektiv üzrə sabitləşdirilməsi üçün müxtəlif variantlar təklif etmişik. İnanın, bu gərgin iş idi. Bəzi anlarda elə gəlirdi ki, bir addım daha atsaq həllə nail olacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün qarşımızda münaqişənin ən pis variantı var. Faciə isə ondan ibarətdir ki, insanlar ölür".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü