Modern.az

“Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq” - Rusiya prezidenti

“Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq” - Rusiya prezidenti

22 Oktyabr 2020, 21:29

“Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdayam. Gün ərzində bir neçə dəfə onlarla telefonda danışıram”.

  

Modern.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

 

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə president bildirib.

 

Putin qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur:

 

“Bu kompromisin tapılmasını çox istərdim”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər