Modern.az

Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir

Xorvatiya mətbuatında Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunur - Səfir

Aktual

23 Oktyabr 2020, 09:52

Sentyabrın 27-dən başlayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması Xorvatiya mətbuatında da geniş formada işıqlandırılır. İlk vaxtlarda Xorvatiya mətbuatında xeyrimizə olmayan bir neçə məqalə dərc olunsa da, Azərbaycan səfirliyinin həyata keçirtdiyi tədbirlərdən sonra, artıq mətbuatda açıq dezinformasiya xarakterli yazılara rast gəlmirik.

 

Bu barədə Modern.az-a Azərbycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib.

 

Bildirilib ki, artıq məlumatlarda Qarabağın beynəlxalq hüquq normalarına əsasən Azərbaycan ərazisi olduğu qeyd olunur.

 

Həmçinin səfirliyin məlumatında Azərbaycanın Türkiyə vasitəsi ilə döyüş zonasına muzdlular gətirdiyi kimi yalan məlumatlar yayılmağa başlayıb:

 

“Səfirlik olaraq PKK-nın Suriyadan Ermənistana könüllü adı ilə terrorçuların axışmasını təmin etdiyi haqda iki məqaləmiz “Geopolitika” və “Dnevno” adlı KİV-də çap olunub. Sonra Xorvatiya televiziyalarının birində erməni nümayəndəsi çıxış edib və əsas məsələdən yayınaraq millətini tərifləməyə başlayıb. Biz susmadıq və kanala məsələ haqqında geniş bir məktub yazdıq və peşəkarlıqdan uzaqlaşdıqlarını söylədik. 

 

Eyni zamanda, səfirlik Zagrebdə çap olunan “Zagorski List” qəzetinə Gəncə hadisələri ilə bağlı geniş bir məqalə verib. Daha sonra səfir Fəxrəddin Qurbanov həftəlik dərc olunan ictimai-siyasi “Nasional” jurnalında müsahibə verib və bu Xorvatiya gündəmində yer tutub. Orada münaqişənin tarixi və hüquqi aspektləri açıqlanıb. 30 ildir ermənilərin bizim başımızı qatdığı, sülhə yanaşmadığı haqqında danışılıb.

 

Türkiyənin Xorvatiyadaki səfirinin məşhur “Ekspres” dərgisində müsahibəsi yayımlanıb və məsələdə Türkiyənin iştirakı olub- olmadığı soruşulub. Səfir bu sualı təkzib edərək onların bizə sadəcə mənəvi tərəfdən dəstək verdiklərini söyləyib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!