Arxiv
23 Oktyabr 2020, 13:25 | İQTİSADİYYAT
Banklarda krediti olan hərbçilərlə bağlı vahid yanaşma - AÇIQLAMA

Hərbi ekspert və jurnalist Üzeyir Cəfərov ölkədə müharibə getdiyi bir dönəmdə “Beynəlxalq Bank” tərəfindən orduda döyüşən mayor rütbəli zabitə kredit borcunun ödənilməsi tələbilə  zəng olunduğunu idda edib.

Məsələ ilə bağlı “Beynəlxalq Bank”ın mətbuat katibi Yadigar Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən
hərbçilərimizin kredit borcları ilə bağlı məsələnin adekvat həlli üçün hazırda ümumən bank sektoru üzrə vahid yanaşma müəyyənləşir.

“Bu məsələ qısa zaman ərzində hərbçi müştərilərimizi, onların ailə üzvlərini və ümumən cəmiyyətimizi ən yüksək səviyyədə qane edəcək şəkildə öz həllini tapacaq”.

 

Ü.Cəfərovun statusundakı konkret hala gəlincə, bank rəsmisi deyib ki, mayor rütbəli həmin müştəri barədə verilən təfərrüatlı məlumatlar (ad, soyad, ata adı, telefon nömrəsi və s.) əsasında ətraflı araşdırma aparılıb:

 

“Kifayət qədər məsuliyyətli müştərilərimizdən olan bu şəxsin Azərbaycan “Beynəlxalq Bank”ına heç bir gecikmiş borcunun olmadığı və bankdan da ona zəng edilmədiyi müəyyənləşdi. Ümumən, bu mərhələdə hərbçi müştərilərimizə kredit ödənişləri ilə bağlı heç bir zəng edilməməsi barədə bankın müvafiq struktur bölmələrinə lazımi tapşırıqlar verilib və icrası nəzarətdə saxlanır.

 

Əlbəttə, anlaşılmazlıq üzündən müəyyən istisna hallar ola və bu anlaşılmazlıqlar dərhal aradan qaldırıla bilər. Amma qeyd etdiyimiz kimi, konkret olaraq, bu müştərilə bağlı belə bir hal baş verməyib.
Bu durumda cəmiyyətimiz üçün belə həssas günlərdə bu cür emosional və qeyri-etik kontentlər paylaşaraq, insanlar arasında çaşqınlıq yaratmağın, dövlət bankına qarşı etimadsızlıq mühiti formalaşdırmağın arxasında duran əsl məqsədlər bizim üçün, açığı anlaşılmazqalır”.

 

Y.Cəfərlinin sözlərinə görə, hazırda Vətənimizin ərazi bütövlüyü uğrunda haqq davası aparan qəhrəman hərbçilərimiz sırasında Azərbaycan Beynəlxalq Bankının 30-dan artıq əməkdaşı da döyüşür:


“Bir Şəhidimiz də var. Yüzlərlə gənc əməkdaşımız da cəbhəyə yollanmaq, düşmənə qarşı vuruşmaq üçün çağırış gününü intizarla gözləyir. Bu baxımdan Üzeyir Cəfərovdan Azərbaycan Beynəlxalq Bankının kollektivinə qarşı fikirlərində bu məqamları da nəzərə almağını və ictimai statusuna, istefada olan hərbçi adına layiq şəkildə davranmağını rica edirik. Eyni zamanda, qeyd edirik ki, təhqir, böhtan müvafiq qanunvericiliyə əsasən, hüquqi məsuliyyət doğurur”.


Qeyd edək ki, bir neçə gün əvvəl Qarabağda Şəhid olan AĞ Partiyanın sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı  “Beynəlxalq Bank”ın əməkdaşı olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan neftinin qiyməti 56 dolları ötdü 20 Yanvar 2021, 11:48 Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı 20 Yanvar 2021, 11:42 Baş Konsulluq 20 Yanvarla bağlı qısa film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 11:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49