Modern.az

Trampdan Qarabağ açıqlaması: “Həqiqətən yaxşı irəliləyiş var”

Trampdan Qarabağ açıqlaması: “Həqiqətən yaxşı irəliləyiş var”

Aktual

23 Oktyabr 2020, 22:03

ABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb.

 

“Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”, - deyə ABŞ Prezidenti qeyd edib.

 

Eyni zamanda Donald Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir