Arxiv
23 Oktyabr 2020, 22:29 | AKTUAL
Azərbaycandan reportaj hazırlayan fransız jurnalisti ermənilər başını kəsməklə hədələdilər - VİDEO

Fransanın TF1 telekanalının dünən saat 20:00-da yayımlanan xəbərlərində yerli jurnalist Liseron Budulun Qarabağdakı cəbhə xəttindən reportajı efirə gedib.

 

Modern.az xəbər verir ki, telekanalın xanım əməkdaşı Azərbaycan tərəfində olaraq cəbhədəki vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edib.

 

Həmin videoreportajda yerli əhalinin gecə vaxtı erməni raketlərindən qorunması üçün düzəltdikləri sığınacaqda gizlənməsi əks olunub. Həmçinin Gəncədə mülki əhalinin həlak olması, şəhərin infrastrukturuna dəyən zərər vurğulanıb. Cəbhə xəttində isə hərbçilərimizin işğal olunmuş torpaqlarımızı qaytaracağı və düşmənin hərbi texnikalarını qoyub qaçması barədə fikirləri yer alıb.

 

Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxarıb.

Ona görə də TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan dörd dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı və jurnalist haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər.

 

Fransa Erməni Təşkilatları Şurasının həmsədri Murad “Frank” Papazyan hətta daha da irəli gedərək TF1-ə qarşı kütləvi etiraza çağırış edib. Təkliflər səslənib ki, telekanal boykot edilsin, qarşısında mitinq keçirilsin. Hətta sosial şəbəkədə jurnalisti öldürməyi təklif edənlər də olub. Ermənilərin kütləvi təhdidindən sonra TF1 reportajın linkini öz saytından silib. Bununla belə, telekanala qarşı etirazlar davam edir.

Məsələn, Valeri Terziyan adlı şəxs qorxunc, terrorçulara xas bir fikir irəli sürüb:

“TF1 telekanalının vəzifəli şəxslərinin bir neçəsinin başının kəsilməsindən sonra onlar bu barədə daha aydın və daha yaxşı fikirləşəcəklər”.

David Karpentye isə “Biz ASALA-nın ehtiyaclarını bilirik” deyərək daha bir ölüm hədəsi ilə yadda qalıb.

 

Biz sizə sosial şəbəkədə yer alan həmin təhqiramiz çıxışları fotofakt olaraq təqdim edirik. Lakin bildirmək istəyirik ki, Fransada erməni lobbisinin güclü olması və mediaya təzyiqi onsuz da çoxlarımıza bəllidir. Amma erməni aqressiyası harada, hansı mədəni ölkədə olmasından asılı olmayaraq, hər yerdə aqressivdir. Mədəni şəkildə fikrini çatdıra bilməyən, adi həqiqəti qəbul edə bilməyən separatist qüvvələr isə məhvə məhkumdur.

 

Sonda fransalı jurnalist Liseron Budula öz qərəzsiz, həqiqətləri güzgü kimi əks etdirən videoreportajına görə təşəkkür edirik. Bu fakt onu göstərir ki, Fransada Qarabağ münaqişəsi ilə bağlı müstəqil, qərəzsiz, həqiqətləri yazmaq istəyən jurnalistlər və onu işıqlandırmaq istəyən media orqanları var (oxu.az).

 

           

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08 HƏMAS Tel-Əvivə 130 raket atdığını açıqladı 11 May 2021, 22:55 Mark Zukerberq keçilərinə ad verdi - FOTO 11 May 2021, 22:44 BMT Baş katibindən Fələstin və İsrailə çağırış 11 May 2021, 22:28 Türkiyə daha 5 PKK-çını məhv etdi 11 May 2021, 22:13 Prezidenti təhqir edənlər istintaqa cəlb edildi 11 May 2021, 22:01 Prezident vacib mesajlar verdi 11 May 2021, 21:46 ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı 11 May 2021, 21:35 Türkiyədə virusdan ölənlərin sayı artdı 11 May 2021, 21:19 “Barselona” bu müdafiəçini heyətinə qatır 11 May 2021, 21:04 Balakəndə maşın çaya düşdü - ölən və yaralananlar var 11 May 2021, 20:50 Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28