Modern.az

Ermənistanda son sutkada 2 213 nəfər virusa yoluxub - 12 nəfər ölüb

Ermənistanda son sutkada 2 213 nəfər virusa yoluxub - 12 nəfər ölüb

24 Oktyabr 2020, 11:40

Ermənistanda koronavirusa yoluxanların sayı 75 523 nəfərə çatıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 213 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

 

Bundan başqa, daha 12 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 1 157 nəfər koronavirusdan ölüb, 23 332 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir