Modern.az

Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək

Azərbaycan millisi ev oyununu Zaqrebdə keçirəcək

Aktual

26 Oktyabr 2020, 17:38

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, görüş Xorvatiyada baş tutacaq.

 

UEFA noyabrın 14-dəki matçın Zaqrebdəki "Maksimir" stadionunda keçirilməsini qərara alıb. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını alternativ ölkədə keçirir. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI