Modern.az

Bərdənin 3 kəndində raket qalıqları tapıldı

Bərdənin 3 kəndində raket qalıqları tapıldı

27 Oktyabr 2020, 22:36

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərinin erməni hərbi qüvvələri tərəfindən hədəfə alınması barədə məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibindəki 72 ədəd 9N235 bombacığının qalıqları aşkar edilib.

 

Qeyd edilən bombacıqların partlaması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 ev yararsız vəziyyətə düşüb.

 

Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlarından istifadə edirlər.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir