Modern.az

Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial dəstək göstərilib - FOTO

Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial dəstək göstərilib - FOTO

Aktual

28 Oktyabr 2020, 06:29

"Regional Qadın Təşəbbüsləri" İctimai Birliyi daha bir layihəni uğurla icra edib. “Əməkçi qadınların şəxsi gigiyenasının qorunmasına dair maarifləndirmə və Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrinə sosial dəstək” layihəsi 3 ay müddətində icra edilib.

 

Modern.az xəbər verir ki, təşkilat sədri Kubra Məmmədovanın sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilib:

 

“Layihənin məqsədi koronavirus pandemiyasından zərər çəkən 15 imkansız ailəyə ərzaq yardımının göstərilməsi və 2019-cu ilin sonlarından baş qaldıran bu günədək səngimək bilməyən Covid-19 pandemiyasının sadə üsullardan istifadə edərək qarşısının alınmasının mümkün olmasının izah etmək idi. Təşkilat da bu fəaliyyətlə respublikamızda Covid-19 pandemiyası ilə bağlı aparılan maarifləndirmə  işlərinə ictimai dəstək verməyə çalışdı”.

 

K.Məmmədovanın  sözlərinə görə, imkansız ailələrin siyahısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqla müəyyənləşdirilib:

 

“Təşkilat layihənin daha effektiv icrasını təmin etmək üçün Komitəyə müraciət etdi və Komitə tərəfindən ailə başçısı olmayan, tək övlad böyüdən və  işləmək imkanları məhdud olan 15 qadınla bağlı bizə məlumat verildi. Qəbələ rayonunda yaşayan həmin ailələrin siyahısı Şura ilə razılaşdırıldıqdan sonra onlara ərzaq alınması üçün kupon verildi. Dəstək göstərilən ailələr onlara təqdim olunan kuponla tövsiyə olunan marketlərdən ehtiyacları olan ərzaqları rahatlıqla ala bildilər. Bu fəaliyyəti birbaşa monitoriq etmək imkanımız oldu, market adminstiratoru ilə bir başa əlaqə saxlayaraq yarana biləcək problemlərin qarşısını almağa çalışdıq.

 

Sonrakı mərhələdə Qəbələ rayonunda Covid-19-la bağlı maarifləndirmə kompaniyasına başladıq. Təşkilat tərəfindən hazırlanan buklet, plakatlar rayon ərazisindəki market, qadın və kişi salonları, geyim mağazalarındakı şəxslərə, o cümlədən yol kənarında çörək bişirib satan qadınlara paylanıldı. Bukletlərlə yanaşı rayaon sakinlərinə koronavirusdan qorunmaq üçün tibbi əlcək və tibbi maskalar paylanıldı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı