Arxiv
28 Oktyabr 2020, 12:48 | PARLAMENT
Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO

Prezident İlham Əliyevin Azərbaycan xalqına oktyabrın 26-da etdiyi müraciət dövlət başçısının öz xalqı ilə ən səmimi və ən dürüst ünsiyyət nümunəsidir. Bu müraciət bir daha onu sübut etdi ki, dövlətimizin başçısı xalqımızın düşüncə və arzularını, öz Prezidentindən hansı fikirləri eşitmək istədiyini, hansı addımları gözlədiyini dəqiqliklə bilir. Çünki Prezident xalqı ilə eyni düşüncədədir, onunla eyni niyyət və hədəfləri bölüşür, bunun üçün gərəkli olanları həyata keçirməkdə israrlıdır.

 

Bu müraciət həm də qətiyyətli siyasi iradənin, mərd azərbaycanlı xarakterinin nümayişi idi. 

 

Prezident İlham Əliyev dünya ictimaiyyətinə, həmsədr dövlətlərin başçılarına, işğalçı Ermənistana və onun havadarlarına əyani şəkildə onu da göstərdi ki, Azərbaycanda hakimiyyətin mənbəyi həqiqətən Azərbaycan xalqıdır. Elə buna görə də, dövlətimizin başçısı inamlıdır, sözündə və əməlində qətiyyətlidir, hədəfinin haqlı olduğuna əmindir.

 

Prezidentimiz beynəlxalq ictimaiyyətə bu həqiqəti də çatdırdı ki, dünyanın nizamı dəyişdiyi kimi, bir çoxlarının indiyədək əməl etdiyi bəzi siyasi ənənə və davranış qaydasını da, istəyəndə, dəyişmək mümkündür: böyük siyasətdə əsl qardaşlıq və səmimiyyət nümunəsi artıq mövcuddur. Prezident İlham Əliyevin müraciəti qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya dövlətlərinə xitabən səsləndirdiyi fikirlərlə bütün cəhət və çalarları, məzmun və hədəfləri, ilk növbədə, qətiyyət və əyilməzliyi ilə üst-üstə düşür, qardaşlıq vəhdəti təşkil edir.

 

Ali Baş Komandanın müraciəti onu da sübut etdi ki, ərazisi və əhalisinin sayı çox da böyük olmayan dövlətin başçısı yalnız öz xalqının iradəsinə söykənəndə, xalq da son nəfərinədək öz Prezidentinə yekdil dəstəyini ifadə edəndə, həmin siyasi lider dövlətinin müstəqilliyini və ərazi bütövlüyünün toxunulmazlığını dünya nəhənglərinin qarşısında da ürəklə qoruya bilir, dik duruşu ilə həm də xalqının əyilməzliyini ifadə edir.

 

Bu yazını Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirmək istədim. Çünki əsl həqiqəti və bugünkü tarixi gerçəkliyi zamanında məhz o demişdi: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Milli Məclisin deputatı                 

Ülvi Quliyev

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNESCO ekpertləri Qarabağa gələ bilər 3 Dekabr 2020, 18:31 Qurban Sadıqov: “Dünya Azərbaycan Ordusunun gücünü gördü” 3 Dekabr 2020, 18:24 Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb 3 Dekabr 2020, 18:20 Azərbaycanlı səfir: "Allahın evinə necə əl qaldırmaq olar?" 3 Dekabr 2020, 18:16 Təhsil Nazirliyi tələbələrə müraciət edib 3 Dekabr 2020, 18:07 Laçına komendant təyin olundu 3 Dekabr 2020, 17:50 Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Dünyada koronavirusa yoluxanların sayı 65 milyonu keçdi 3 Dekabr 2020, 16:32 Vətən uğrunda şəhid olan növbəti qardaşlar... - VİDEO 3 Dekabr 2020, 16:28 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Sumqayıtda polis sərnişinlər və sürücüləri cərimələdi 3 Dekabr 2020, 15:38 Sabiq nazir müavininin həbs müddəti artırıldı 3 Dekabr 2020, 15:32 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?