Modern.az

Mülki əhalinin qətlə yetirilməsi Paşinyanın tapşırığı ilə həyata keçirilir - Əli Hüseynli

Mülki əhalinin qətlə yetirilməsi Paşinyanın tapşırığı ilə həyata keçirilir - Əli Hüseynli

Parlament

28 Oktyabr 2020, 14:46

“Bərdə şəhərinin təkrarən "Smerç" reaktiv raket sistemləri tərəfindən vurulması Ermənistan hakimiyyətinin cinayətkar mahiyyətindən xəbər verir”. Bu fikirləri Modern.az-a açıqlamasında  Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli bildirib.


Onun sözlərinə görə, bu cür dəhşətli və dağıdıcı qüvvəyə malik silahla mülki əhalinin qətlə yetirilməsi ancaq Paşinyanın tapşırığı ilə həyata keçirildiyi şübhəsizdir:

“Kaset başlığa malik bu raketlər bütün sivil ölkələrdə qadağan edilib. Ermənistan bu cinayətkar addımı ilə işğalçı niyyətindən çəkinmədiyini nümayiş etdirir və həmçinin, Azərbaycan tərəfini hər hansı bir güzəştə getmək kimi mənasız niyyətini ortaya qoyur. Heç şübhəsiz ki, Azərbaycan xalqının bu ədalətli azadlıq müharibəsinin qarşısını heç bir hadisə, heç bir qüvvə ala bilməz. Mütləq Ermənistan tərəfi müharibə və insanlıq əleyhinə törətdikləri cinayətlərə görə cavab verəcəklər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır