Arxiv
29 Oktyabr 2020, 16:38 | AKTUAL
Prezidentin köməkçisi: “Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır”

“Bu eskalasiyanın səbəblərindən biri də qeyri-effektiv danışıqlar prosesidir. Nə zaman ki, diplomatlar danışmır, o zaman hərbçilər danışır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, burada birinci olaraq məsuliyyət əlbəttə ki, Ermənistanın üzərinə düşür:

 

“Ermənistan həmişə danışıqlarda geri çəkilməyə və danışıqların əsasını və formatını dəyişdirməyə cəhd edib. Hər kəs yaxşı bilir ki, danışıqlarda əsas diqqətdə olan məqam Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi idi. Lakin Ermənistan tərəfi həmişə bundan yayınıb. Onlar hər zaman danışıqları zəiflətməyə cəhd ediblər. Danışıqlar bir şərtlə uğurlu ola bilər ki, tərəfdaş ciddidir, konstruktiv davranır və danışıqları yaxşı niyyətlə aparmağa sadiq qalır. Lakin çox təəssüf ki, biz Ermənistan tərəfindən bunu görməmişik və hələ də görmürük. Bir neçə gün öncə Ermənistan Baş naziri dedi ki, bu münaqişənin diplomatik həlli yoxdur. Onlar hələ də bir-birinə əks açıqlamalar verməyə davam edir. Bir tərəfdən biz sülhdən danışan və hətta bəzi ölkələrin liderlərinə humanitar atəşkəs üçün yalvaran rəhbərlik görürük, növbəti gün biz onun Azərbaycana qarşı hücumu davam etdirdiyini, “SCUD” ballistik raketlərindən istifadə edilməsinə göstəriş verdiyini görürük. Eşidirik ki, o, biz sona qədər döyüşəcəyik deyir”.

 

  • Hacıyev qeyd edib ki, Azərbaycan üçün əks-həmlə əməliyyatı sülhə məcburetmə əməliyyatıdır: “Sülhə məcburetmənin əsasında işğal olunmuş torpaqların azad edilməsi və həmçinin azərbaycanlı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi dayanır. Bu gün siz Bərdəni gördünüz, digər şəhərlər də məsuliyyətsiz hücumların hədəfi olub. Bu şizofren zehniyyətdən qaynaqlanır. “Smerç”, “SCUD” və digər təhlükəli silahlar məsuliyyətsiz şəkildə azərbaycanlı mülki əhaliyə qarşı istifadə olunur. Belə olan hallarda BMT Nizamnaməsi çərçivəsində Azərbaycanın özünü müdafiə hüququ var.Həmçinin fundamental məsələ hərbi işğalın sonlandırılmasıdır. Son eskalasiya göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarında mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükə mənbəyidir. İşğalın sonlandırılması bütün regionun və hətta Ermənistanın xeyrinədir. Ermənistan əhalisi sülhün perspektivlərindən faydalana bilər. Azərbaycanla əməkdaşlıq Ermənistan əhalisinə rifah gətirə bilər. Çox təəssüf ki, onlar hazırda belə bir hərbi-siyasi rəhbərlikdən əziyyət çəkirlər”.
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    UEFA-dan Ronaldonun hərəkətinə reaksiya 17 İyun 2021, 21:25 “BakuBus”un avtobusu qəza törədib? - Şirkətdən açıqlama 17 İyun 2021, 21:11 Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06
    SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?