Arxiv
29 Oktyabr 2020, 17:54 | AKTUAL
Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)  Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı aparılan hərbi əməliyyatlarda həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərib.

 

Komitənin Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumata görə, bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutub.

 

Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirilib. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib.

 

Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı kişinin isə sağlamlıq durumu hələ ki, səyahət etməsinə imkan vermir.

 

“BQXK, özünün neytral vasitəçi qismində olan çoxillik təcrübəsində hətta ən dəhşətli münaqişələrdə belə tərəflərin, ümumi humanitar məqsədlər, yəni istər hərbi əsirlərin təhvili, yaxud geri qaytarılması, yaralıların təxliyəsi, cəbhə xətti boyunca həyata keçirilən humanitar fəaliyyətlər, istərsə də cəsədlərin təhvili naminə ortaq məxrəcə gələ bildiklərinin şahidi olur. Həyat yoldaşını, atasını və ya oğlunu itirmiş ailələrin  həyatlarına davam edə bilməsi üçün həlak olmuş şəxslərin dəfni zəruridir”,- deyə Avrasiya regionu üzrə direktoru Martin Şüepp bildirib.

 

Cəsədlərin təhvili prosesi Minsk Qrupunun həmsədrləri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib.

 

Beynəlxalq humanitar hüququn tələblərinə əsasən münaqişə tərəfləri həlak olmuş şəxslərin cəsədlərini, onların mənsub olduğu tərəfin, yaxud yaxın qohumlarının müraciəti əsasında geri qaytarmaq üçün şərait yaratmağa çalışmalıdır.

 

BQXK-nın qeyd olunmuş prosesdə iştirakı logistika məsələləri ilə bağlı yardım göstərmək, eləcə də əməliyyatın təhlükəsiz şəraitdə və humanitar prinsiplərə müvafiq həyata keçirilməsində tərəflərə dəstək göstərməkdən ibarət idi.

 

Şüepp qeyd edib ki, bu cür əməliyyatlar aidiyyəti ailələr üçün olduqca əhəmiyyətlidir:

 

"Öz əzizlərinin cəsədlərini ala bilməyən ailələr həm itkinin, həm də qeyri-müəyyənliyin səbəb olduğu ağrı ilə yaşamaq məcburiyyətində qalır. Əzizlərinin olduğu yer və onların taleyindən bixəbər olmaq əsl əzab-əziyyətdir.

 

Ümid edirik ki, ailələr aparılmış əməliyyat nəticəsində müəyyən sonluq əldə biləcək. Onlar, əzizlərini öz adət-ənənələrinə uyğun dəfn edərək onlarla vidalaşa biləcək. Tərəflər bu növ əməliyyatların həyata keçirilməsi barədə qərar verdikdə BQXK bu əməliyyatlarda yenə də iştirak etmək hazırlığını bildirir.”

 

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən regionda fəaliyyət göstərməyə başlayan BQXK, hakimiyyət orqanlarına bu növ əməliyyatların həyata keçirilməsində dəfələrlə köməklik göstərmişdir. BQXK, ehtiyac olarsa, oxşar əməliyyatlara dəstək göstərəcək və itkin düşmüş şəxslərin məsələləri ilə əlaqəli istənilən təşəbbüsləri təşviq etməyə davam edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan XİN rəhbəri Moskvaya gedir 3 Dekabr 2020, 17:44 Qubadlı uğrunda şəhid olan müəllim 3 Dekabr 2020, 17:38 “8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır” - Siyavuş Novruzov 3 Dekabr 2020, 17:32 Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı 3 Dekabr 2020, 17:26 Kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib   3 Dekabr 2020, 17:20 Manat və dolların sabahkı məzənnəsi 3 Dekabr 2020, 17:14 Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər 3 Dekabr 2020, 17:08 Şuşa döyüşünün ŞƏHİDİ - Ailənin tək övladı Rəşad Ələkbərovun ömür DASTANI 3 Dekabr 2020, 17:02 FHN bu binanın avtodayanacağını bağladı - VİDEO 3 Dekabr 2020, 16:57 Lavrov Minsk qrupunun Qarabağ münaqişəsindəki rolundan DANIŞDI 3 Dekabr 2020, 16:51 Doktor, sağalacağıma ümid yoxdursa.., 3 Dekabr 2020, 16:47 Azərbaycan əsgərini ruhlandıranlar - VİDEO 3 Dekabr 2020, 16:41 “Azərsu” bölgələrdə içməli su layihələri həyata keçirir 3 Dekabr 2020, 16:37 Türkiyənin sabiq müdafiə naziri vəfat etdi 3 Dekabr 2020, 16:23 Nazir Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozları açıqladı 3 Dekabr 2020, 16:18 Təqiblərə məruz qalan məşhur ŞUŞALI 3 Dekabr 2020, 16:12 Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi 3 Dekabr 2020, 16:06 Kəlbəcərli üç qardaş dünyasını dəyişdi 3 Dekabr 2020, 16:00 Baş infeksionistdən yoluxanlara çağırış: “Yalnız həkim təyinatı ilə müalicə olunun!” 3 Dekabr 2020, 15:54 Koronavirusa yoluxma yenidən artdı - 40 nəfər ÖLDÜ 3 Dekabr 2020, 15:48 Ceyhun Bayramov ATƏT-in iclasında Dağlıq Qarabağda yaşayan ermənilərdən DANIŞDI 3 Dekabr 2020, 15:27 Sabah şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM 3 Dekabr 2020, 15:21 Bakıda Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq 3 Dekabr 2020, 15:16 Kiçik Dəhnənin böyük ürəkli qəhrəmanı - VİDEO 3 Dekabr 2020, 15:10 ATƏT-in sədri: “Qarabağ danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır” 3 Dekabr 2020, 15:04 Daha bir vəkil koronavirusdan vəfat etdi 3 Dekabr 2020, 14:58 Partiya sədri Paşinyana cinayət işi açmağı TƏLƏB ETDİ 3 Dekabr 2020, 14:53 Milli Məclis işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi hazırlayacaq 3 Dekabr 2020, 14:50 Ağdama bayrağımızı sancan igidlərimiz - VİDEO 3 Dekabr 2020, 14:45 Hazırda xəstəxanalarda 1245 hərbçi müalicə alır - Nazirlik 3 Dekabr 2020, 14:39 Müdafiə Nazirliyi: 100-dən artıq hərbçimiz müharibədə itkin düşüb 3 Dekabr 2020, 14:34 Vətən Müharibəsində şəhid olan hərbçilərimizin rəsmi sayı AÇIQLANDI 3 Dekabr 2020, 14:31 Bakı-Kiyev marşrutu üzrə çarter reysləri olacaq 3 Dekabr 2020, 14:25 Belcika Parlamenti ermənipərəst sənədi müzakirəyə çıxarır - Azərbaycan ETİRAZ ETDİ 3 Dekabr 2020, 14:20 ATƏT-in yeni Baş katibi məlum oldu 3 Dekabr 2020, 14:10
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?