Arxiv
31 Oktyabr 2020, 19:56 | AKTUAL
İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir

Hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər müzakirə edildi

 


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi Qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb.


Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.


O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər.  Ümumən, işğaldan azad edilən ərazilərdə  kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək.


Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.


S.Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib. O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib. İş yerlərinin qorunması sahəsində də işlərin davam etdiyini, elektron sistem üzərindən daimi nəzarət həyata keçirildiyini deyib. Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.


S.Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının davam etdiyini, bu il artıq 710 mənzil və fərdi evin verildiyini, ilin sonunadək bu rəqəmin 1500-ə çatacağını deyib. Bildirib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, cari il üçün nəzərdə tutulmuş bütün sosial proqramların, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramlarının uğurla başa çatdırılması, elektronlaşdırma proqramının davam etdirilməsi, ilin sonunadək yeni e-xidmətlərin işə salınması, yeni reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.


İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da faciə qurbanlarının yekun sayı açıqlandı 26 İyul 2021, 00:57 Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı 26 İyul 2021, 00:43 Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic etdi 26 İyul 2021, 00:26 Daha 6 idmançımız mübarizəyə qoşulur - Tokio-2020 26 İyul 2021, 00:10 Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı 25 İyul 2021, 23:59 İsrail BƏƏ-yə ilk səfirini təyin etdi 25 İyul 2021, 23:48 “Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti 25 İyul 2021, 23:33 Martin "Barselona"dan ayrılır? 25 İyul 2021, 23:17 17 ildə ilk dəfə məğlub oldular 25 İyul 2021, 23:02 Şəhid polkovnikin oğlu əsgərliyə gedir 25 İyul 2021, 22:50 Gəncədə taksi sürücüsü bıçaqlandı 25 İyul 2021, 22:41 Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş... 25 İyul 2021, 22:28 Şahmatçımız dünya kubokunda heç-heçə etdi 25 İyul 2021, 22:14 Mingəçevirdə beşmərtəbəli binada yanğın 25 İyul 2021, 22:00 İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB 25 İyul 2021, 21:48 "İnter" Lukakunu satmaqdan imtina etdi 25 İyul 2021, 21:39 Türkiyədə pandemiya ilə bağlı vəziyyət pisləşir 25 İyul 2021, 21:21 Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI 25 İyul 2021, 21:10 Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi 25 İyul 2021, 20:58 Ucarda xəsarətlə nəticələnən yol qəzası - FOTO 25 İyul 2021, 20:43 Daşkəsəndə toyda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB 25 İyul 2021, 20:29 Tramp tərəfdarlarını sosial şəbəkələrlə mübarizəyə çağırdı 25 İyul 2021, 20:20 Fransada etirazçılarla polis arasında toqquşma 25 İyul 2021, 20:06 İdmançılara 30 saniyəlik maska icazəsi  25 İyul 2021, 19:38 Qazax sakinində narkotik aşkarlandı    25 İyul 2021, 19:34 Səməd Səmədov dəfn olundu  25 İyul 2021, 19:14 Dələduz direktor Azərbaycana ekstradisiya olundu 25 İyul 2021, 19:09 Daha 3 toy məclisində karantin qaydaları pozuldu 25 İyul 2021, 18:49 İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı 25 İyul 2021, 18:00 AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...” 25 İyul 2021, 17:51 Marina Nekrasova finala çıxa bilmədi  25 İyul 2021, 17:43 Ermənilər Kəlbəcəri yenə atəşə tutdu   25 İyul 2021, 17:34 Tokio-2020: Çin liderdir,  ABŞ üçüncü pilləyə yüksəldi – MEDAL SİYAHISI 25 İyul 2021, 17:22 Yaşar Vahabzadə "Kəpəz"də qaldı 25 İyul 2021, 17:16 Şəhid pilotumuzun anım mərasimi keçirildi 25 İyul 2021, 17:05