Arxiv
13 Noyabr 2020, 17:30 | DİASPOR
Estoniyada Bayrağ Günü və Şuşanın azad olunması qeyd olunub

Tallində fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü və qədim şəhərimiz Şuşanın, eləcə də digər torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan və Türkiyənin Estoniyadakı səfirləri, diplomatik korpusun nümayəndələri, eston ictimaiyyətinin, azərbaycanlı icmasının təmsilçiləri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.

 

Azərbaycan, Türkiyə və Estoniyanın Dövlət Himnləri səsləndirildikdən sonra Vətən savaşında həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətindən videoçarx nümayiş etdirilib.

 

Tədbirdə Estoniya–Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, Azərbaycan evinin rəhbəri Zəhra Qəhrəmanlı, Azərbaycanın bu ölkədəki səfiri Murad Nəcəfbəyli, Türkiyənin bu ölkədəki səfiri İnam Özyıldız, türkoloq Artur Laast, azərbaycanlı icmasının üzvü, eston radiosunun əməkdaşı Sənəm Əliyeva çıxış ediblər.

 

Çıxışlar zamanı icma nümayəndələrini təbrik edən natiqlər Estoniyada yaşayan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevi dəstəklədiklərini, qələbə xəbərini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını, Azərbaycanın suverenliyinin rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanmasından fərəh və qürur hissi keçirdiklərini bildiriblər. Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

 

A.Laast Azərbaycanın haqlı mövqeyinə dəstəyindən və Qarabağın ən qısa zamanda işğaldan tam azad olunacağına hər zaman inandığından danışıb.

 

N.Hacıyev tədbir iştirakçılarına 1988-ci ildə eston ictimaiyyətinə tanıtmaq üçün öz əlləri ilə tikdiyi Azərbaycan bayrağını nümayiş etdirib və Estoniyada Azərbaycan icmasının fəaliyyətə başlamasının tarixi barədə ətraflı məlumat verib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da faciə qurbanlarının yekun sayı açıqlandı 26 İyul 2021, 00:57 Bu şəhər UNESCO-nun Dünya İrsi Siyahısına salındı 26 İyul 2021, 00:43 Londonda leysan yağışlar küçələrdə hərəkəti iflic etdi 26 İyul 2021, 00:26 Daha 6 idmançımız mübarizəyə qoşulur - Tokio-2020 26 İyul 2021, 00:10 Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı 25 İyul 2021, 23:59 İsrail BƏƏ-yə ilk səfirini təyin etdi 25 İyul 2021, 23:48 “Bu qanunla əlimiz-qolumuz bağlandı” - İran prezidenti 25 İyul 2021, 23:33 Martin "Barselona"dan ayrılır? 25 İyul 2021, 23:17 17 ildə ilk dəfə məğlub oldular 25 İyul 2021, 23:02 Şəhid polkovnikin oğlu əsgərliyə gedir 25 İyul 2021, 22:50 Gəncədə taksi sürücüsü bıçaqlandı 25 İyul 2021, 22:41 Həbsdən çıxandan itkin düşən kişi utandığından evə getmirmiş... 25 İyul 2021, 22:28 Şahmatçımız dünya kubokunda heç-heçə etdi 25 İyul 2021, 22:14 Mingəçevirdə beşmərtəbəli binada yanğın 25 İyul 2021, 22:00 İlham Əliyev Serbiyanın xarici işlər nazirini qəbul etdi - YENİLƏNİB 25 İyul 2021, 21:48 "İnter" Lukakunu satmaqdan imtina etdi 25 İyul 2021, 21:39 Türkiyədə pandemiya ilə bağlı vəziyyət pisləşir 25 İyul 2021, 21:21 Ruslar yüzlərlə ermənini Xocavəndə APARDI 25 İyul 2021, 21:10 Türkiyə millisi Olimpiya çempionunu darmadağın etdi 25 İyul 2021, 20:58 Ucarda xəsarətlə nəticələnən yol qəzası - FOTO 25 İyul 2021, 20:43 Daşkəsəndə toyda qətl törədən şəxs saxlanıldı - YENİLƏNİB 25 İyul 2021, 20:29 Tramp tərəfdarlarını sosial şəbəkələrlə mübarizəyə çağırdı 25 İyul 2021, 20:20 Fransada etirazçılarla polis arasında toqquşma 25 İyul 2021, 20:06 İdmançılara 30 saniyəlik maska icazəsi  25 İyul 2021, 19:38 Qazax sakinində narkotik aşkarlandı    25 İyul 2021, 19:34 Səməd Səmədov dəfn olundu  25 İyul 2021, 19:14 Dələduz direktor Azərbaycana ekstradisiya olundu 25 İyul 2021, 19:09 Daha 3 toy məclisində karantin qaydaları pozuldu 25 İyul 2021, 18:49 İngiltərədə koronavirusun yeni ştammı aşkarlandı 25 İyul 2021, 18:00 AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...” 25 İyul 2021, 17:51 Marina Nekrasova finala çıxa bilmədi  25 İyul 2021, 17:43 Ermənilər Kəlbəcəri yenə atəşə tutdu   25 İyul 2021, 17:34 Tokio-2020: Çin liderdir,  ABŞ üçüncü pilləyə yüksəldi – MEDAL SİYAHISI 25 İyul 2021, 17:22 Yaşar Vahabzadə "Kəpəz"də qaldı 25 İyul 2021, 17:16 Şəhid pilotumuzun anım mərasimi keçirildi 25 İyul 2021, 17:05