Modern.az

Məktəblilərdən əsgərlərə kitab hədiyyəsi

Məktəblilərdən əsgərlərə kitab hədiyyəsi

Aktual

16 Noyabr 2020, 20:14

Akademik Zərifə Əliyeva adına Liseyin XI A2 sinif şagirdləri yaralı əsgərlərə kitab hədiyyə ediblər.

 

Bu barədə Modern.az-a Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, şagirdlərin təşəbbüsünə “Çörəkçi” qrupu da qoşularaq onlara dəstək verib.

 

Aksiyanın əsas məqsədi əsgərlərin mənəvi-emosional ruhunun daha da yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

 

Qeyd edək ki, Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid 200-dən çox kitab əsgərlərə təqdim edilib. Hər bir kitabın içərisində isə şagirdlərin əsgərlərimizə yazdıqları ürək sözləri yer alır.

 

Aksiyanın davam etdirilməsi nəzərdə tutulur.

 

 

Sizə yeni x var
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı