Modern.az

Şuşada yaralanan əsgər: “Erməni qabağımızdan qaçırdı”

Şuşada yaralanan əsgər: “Erməni qabağımızdan qaçırdı”

Aktual

17 Noyabr 2020, 01:02

Şuşa uğrunda gedən döyüşlərdə yaralanan qazimiz Vüsal Şahbazovu tanıyan hər kəs onun qəhrəmanlığından danışır. 

 

Modern.az "baku.tv"yə istinadla xəbər verir ki, Vüsal Şahbazov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusudur. Tarix yazan gənclərimizdəndir. O, Şuşa uğrunda gedən döyüşlərdə yaralanaraq qazi olub.

 

Vüsalın qardaşı Vüqar da vətən müharibəsində yaralanıb. Valideynləri oğlanları ilə fəxr etdiklərini deyirlər. Bacısı Nahidə Ağayeva deyir ki, qardaşı yaralı olanda belə yarasını gizlədib.

 

Vüsalın vətənpərvərlik hissi lap uşaq vaxtlarından formalaşıb. Yaxınları, Vüsalı tanıyan hər kəs onun Vətən müharibəsində düşmənə necə qan uddurmasından danışır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!