Arxiv
22 Noyabr 2020, 00:22 | AKTUAL
“Beşiktaş” derbini qazandı, “Fənərbaxça” darmadağın etdi

Noyabrın 21-də futbol üzrə Türkiyə çempionatının IX turunun birinci gün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Başakşəhər"i qəbul edib.

 

Modern.az xəbər verir ki, gərgin keçən görüşün 44-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Atiba Hutçinson hesabı açıb. Matçın 45-ci dəqiqəsində isə Kail Larin komandasının iknci qolunu vurub. Qarşılaşmanın 72-ci dəqiqəsində "Beşiktaş"ın hücumçusu Vinsent Abobakar onbir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunun 81-ci və 90-cı dəqiqələrində "Başakşəhər"in futbolçusu Federik Qulbrandsen iki dəfə fərqlənsədə komandasını məğlubiyyətdən xilas edə bilməyib.

 

Beləliklə, "Beşiktaş" İstanbul derbisindən "Başakşəhər"i 3:2 hesabı ilə üstələyib.

 

Günün digər oyunlarında "Fənərbaxça" səfərdə "Gənclərbirliyi"ni 5:1 hesabı ilə darmadağın edib. "Denizlispor" isə doğma divarlar arasında "Qaziantep"ə minimal hesabla məğlub olub. "Fatih Karagümrük" – "Sivasspor" matçında hesab 1:1 bərabərliklə bitib.

 

Turun digər oyunları aşağıdakılardır.

 

"Hatayspor" – "Rizəspor";

 

"Göztəpə" – "Ankaragücü";

 

"Konyaspor" – "Kasımpaşa";

 

"Antalyaspor" – "Alanyaspor";

 

"Trabzonspor" – "Ərzurumspor";

 

"Qalatasaray" – "Kayserispor":

 

Hazırda çempionatın turnir cədvəlinə 20 xalla "Fənərbağça" başçılıq edir. Ondan 3 xal geri qalan "Alanyaspor" ikinci, 16 xal toplayan "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Yeni Malatyaspor" istirahət edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09 Bakıda iki maşın toqquşdu 4 Dekabr 2020, 23:56 Putin Çubaysa vəzifə verdi 4 Dekabr 2020, 23:42 “Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?